MARKANIN ADI

Bio‑Oil®

MƏHSULUN ADI VƏ ÖLÇÜLƏRİ

Dəriyə qulluq yağı (Təbii) 25 ml

Dəriyə qulluq yağı (Təbii) 60 ml

Dəriyə qulluq yağı (Təbii) 125 ml

Dəriyə qulluq yağı (Təbii) 200 ml

TƏSVİR

100% təbii dəriyə qulluq yağının çapıq və dəri çatlarının görünüşünü yaxşılaşdırdığı kliniki olaraq sübut edilmişdir.

GÖSTƏRİŞLƏR

Çapıqlar

Yeni və köhnə çapıq izlərinin görünüşünü yaxşılaşdırmağa kömək edir.

Dəri dartılmaları

Dəri dartılmalarının görünüşünü yaxşılaşdırmağa kömək edir. Həmçinin dərinin elastikliyinin yaxşılaşmasına kömək edir, beləliklə dəridə dartılma izlərinin yaranma ehtimalını azaldır.

Qeyri-bərabər dəri tonu

Qeyri-bərabər dəri tonu görünüşünü yaxşılaşdırmağa kömək edir.

Yaşlanmış dəri

Üz və bədəndə yaşlanan dəri görünüşünü yaxşılaşdırmağa kömək edir.

Dehidratlaşmış dəri

Nəm itkisini azaltmağa kömək edir və qurumuş dərinin görünüşünü yaxşılaşdırır.

TƏQDİMAT

Açıq sarı rəngli yağ.

İNQREDİYENTLƏR

Glycine Soja Oil, Helianthus Annuus Seed Oil, Carthamus Tinctorius Seed Oil, Simmondsia Chinensis Seed Oil, Salvia Hispanica Seed Oil, Punica Granatum Seed Oil, Plukenetia Volubilis Seed Oil, Triticum Vulgare Germ Oil, Rosa Canina Fruit Oil, Calendula Officinalis Extract, Lavandula Angustifolia Oil, Rosmarinus Officinalis Leaf Oil, Anthemis Nobilis Flower Oil, Pogostemon Cablin Leaf Oil, Bisabolol, Tocopherol.

TƏBİİ SERTİFİKASİYA

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) 100% təbii inqrediyentlər və 100% təbii mənşəli tərkib əsasında hazırlandığını təsdiq edən ISO 16128 sertifikatına malikdir.

ÇAPIQ İZİ KLİNİK SINAĞI

Sınaq mərkəzi

proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya.

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) çapıq izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 40 qadın iştirakçı. Çapıqların yaşı: yeni yaranmış çapıqdan 3 illik çapığa qədər. Çapıq yerləri: böyük sıyrıqlar, kəsiklər və ya əməliyyat yaraları səbəbindən üz və ya bədəndə. İştirakçıların yaşı: 18-65.

Metodologiya

Verilənlərin qiymətləndiriciyə məlum olmadığı, randomizə olunmuş şəkil qiymətləndirməsi əsasında açıq tədqiqat. İştirakçılar dermatoloq tərəfindən Pasiyent və Müşahidəçi Çapıq Qiymətləndirmə Şkalası (POSAS) əsasında qrupa daxil edilmişlər. Məhsul təyin edilmiş çapığa və ətraf dəriyə hər gün iki dəfə dairəvi hərəkətlərlə yüngül masaj edilərək 8 həftə ərzində tətbiq edilmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. Əsas məqsəd məhsulun dəriyə təsirini POSAS vasitəsilə ilkin mərhələdə, habelə 2, 4 və 8-ci həftələrdə qiymətləndirmək idi. Tədqiqatın sonunda araşdırılan digər parametrlər estetik nəticənin şəkillərinin 6 təlim keçmiş qiymətləndirici və iştirakçıların özləri tərəfindən qiymətləndirilməsindən, eləcə də çapıqların ətrafındakı dəriyə nisbətən rəng fərqinin xromametr ilə ölçülməsindən ibarət olmuşdur.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) çapıq izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivdir. Cəmi 2 həftə sonra POSAS-a (OSAS və PSAS-ın həm obyektiv, həm də subyektiv qiymətləndirmələri nəzərə alınmaqla) əsasən, statistik əhəmiyyətli yaxşılaşma iştirakçıların 94%-ində müşahidə edilmişdir. 8 həftə sonra iştirakçıların 100%-i nəzərəçarpan yaxşılaşma göstərmiş, yaxşılaşma səviyyəsi 2-ci həftə ilə müqayisədə 2 dəfədən çox artmışdır. Tədqiqat müddətində POSAS-da davamlı və əhəmiyyətli yaxşılaşma.

DƏRİ DARTILMALARININ KLİNİK SINAĞI

Sınaq mərkəzi

proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya.

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) dəri dartılmalarının görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 36 qadın iştirakçı. Dəri dartılmalarının səbəbləri: müxtəlif (hamiləlikdən sonra, çəki artımı və ya yeniyetmələrdə sürətli böyümə). Dəri dartılmalarının yerləri: qarın, qollar, bud, omba. İştirakçıların yaşı: 18-65.

Metodologiya

Verilənlərin qiymətləndiriciyə məlum olmadığı, randomizə olunmuş şəkil qiymətləndirməsi əsasında açıq tədqiqat. İştirakçılar həkim tərəfindən Mallol Şkalasına əsasən qrupa daxil edilmişlər. Məhsul təyin edilmiş striyaya və ətraf dəriyə hər gün iki dəfə dairəvi hərəkətlərlə yüngül masaj edilərək 8 həftə ərzində tətbiq edilmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. Əsas məqsəd məhsulun dəriyə təsirini Pasiyent və Müşahidəçi Çapıq Qiymətləndirmə Şkalası (POSAS) vasitəsilə ilkin mərhələdə habelə 2, 4 və 8-ci həftələrdə qiymətləndirmək idi. Tədqiqatın sonunda araşdırılan digər parametrlər estetik nəticənin şəkillərinin 6 təlim keçmiş qiymətləndirici və iştirakçıların özləri tərəfindən qiymətləndirilməsindən ibarət olmuşdur.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) dəri dartılmalarının görünüşünü yaxşılaşdırmaqda effektivdir. Cəmi 2 həftə sonra POSAS-a (OSAS və PSAS-ın həm obyektiv, həm də subyektiv qiymətləndirmələri nəzərə alınmaqla) əsasən, statistik əhəmiyyətli yaxşılaşma iştirakçıların 71%-ində müşahidə edilmişdir. 8 həftə sonra iştirakçıların 97%-i nəzərəçarpan yaxşılaşma göstərmiş, yaxşılaşma səviyyəsi 2-ci həftə ilə müqayisədə 5 dəfədən çox artmışdır. Tədqiqat müddətində POSAS-da davamlı və əhəmiyyətli yaxşılaşma.

QEYRİ-BƏRABƏR DƏRİ TONU KLİNİK SINAĞI

Sınaq mərkəzi

Thomas J. Stephens & Associates, Inc., Texas, Amerika Birləşmiş Ştatları.

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) üz və boyun nahiyəsində dərisi yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) qadınlar tərəfindən istifadə edildikdə qeyri-bərabər dəri tonunun və ləkəli piqmentasiyanın görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boyun nahiyəsində klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 57 qadın iştirakçı. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzrə müalicə qrupu 28 iştirakçıdan, müalicə olunmayan qrup isə 29 iştirakçıdan ibarət idi. İştirakçıların yaşı: 30-70.

Metodologiya

Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 16 həftə ərzində gündə iki dəfə üz və boyuna tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 16-cı həftələrdə aparılmışdır. İştirakçılar üz və boyunda qeyri-bərabər dəri tonu və ləkəli piqmentasiya üzrə klinik olaraq dərəcələndirilmişlər. Hər bir iştirakçının üz və boynunun rəqəmsal şəkilləri də çəkilmiş, tədqiqatın tamamlanmasından sonra fotodərəcələndirmə keçirilmişdir.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) fotozədələnməyə məruz qalmış (yaşlanmış) dəridə qeyri-bərabər dəri tonunun və ləkəli piqmentasiyanın görünüşünü yaxşılaşdırmaqda effektivdir. 16 həftə sonra həm üz, həm də boynun hər iki parametri üzrə klinik və fotodərəcələndirməyə əsasən statistik əhəmiyyətli nəticə müşahidə edilmişdir. 16 həftə sonra iştirakçıların 61%-də qeyri-bərabər dəri tonunda, 57%-də isə ləkəli piqmentasiyada statistik əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir.

YAŞLANAN DƏRİ KLİNİK SINAĞI

Sınaq mərkəzi

Thomas J. Stephens & Associates, Inc., Texas, Amerika Birləşmiş Ştatları.

1-ci tədqiqat: Üz və boyun

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) üz və boyun nahiyəsinin dərisi yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) qadınlar tərəfindən istifadə edildikdə effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boyun nahiyəsində klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 57 qadın iştirakçı. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzrə müalicə qrupu 28 iştirakçıdan, müalicə olunmayan qrup isə 29 iştirakçıdan ibarət idi. İştirakçıların yaşı: 30-70.

Metodologiya

Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 16 həftə ərzində gündə iki dəfə üz və boyuna tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 16-cı həftələrdə aparılmışdır. İştirakçıların üz və boyun nahiyəsi aşağıdakı effektivlik parametrlərinə əsasən klinik olaraq dərəcələndirilmişdir: yüngül qırışlar, sərt qırışlar, vizual kələ-kötürlük/hamarlıq, taktil kələ-kötürlük/hamarlıq, ləkəli piqmentasiya, qeyri-bərabər dəri tonu, aydınlıq (tutqunluq), vizual möhkəmlik və ümumi görünüşün qiymətləndirilməsi. Hər bir iştirakçının üz və boynunun rəqəmsal şəkilləri də çəkilmiş, tədqiqatın tamamlanmasından sonra fotodərəcələndirmə keçirilmişdir. Hər bir zaman nöqtəsində çəkilmiş şəkillər yüngül qırışlar, sərt qırışlar, ləkəli piqmentasiya, qeyri-bərabər dəri tonu, aydınlıq (tutqunluq) və ümumi görünüşün qiymətləndirilməsinə əsasən hərtərəfli dərəcələndirilmişdir.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üz və boyun nahiyəsində fotozədələnməyə məruz qalmış (yaşlanmış) dərinin ümumi görünüşünü yaxşılaşdırmaqda effektivdir. 16 həftə sonra Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzrə müalicə qrupu bütün kliniki və fotodərəcələndirilmiş effektivlik parametrləri üzrə müalicə edilməmiş nəzarət qrupundan əhəmiyyətli dərəcədə üstün nəticələr göstərmişdir. Bu, ləkəli piqmentasiya istisna olmaqla, 4-cü həftədən etibarən klinik olaraq müşahidə edilmişdir. 16 həftə sonra Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzrə müalicə qrupundakı iştirakçıların 54%-də üz və boyun nahiyəsinin ümumi görünüşündə statistik əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir.

2-ci tədqiqat: Bədən

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) dekolte bölgəsində, baldır və qollarda dərisi yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) qadınlar tərəfindən istifadə edildikdə effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boyun nahiyəsində klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 57 qadın iştirakçı. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzrə müalicə qrupu 28 iştirakçıdan, müalicə olunmayan qrup isə 29 iştirakçıdan ibarət idi. İştirakçıların yaşı: 30-70.

Metodologiya

Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 16 həftə ərzində gündə iki dəfə dekolte bölgəsinə, baldırlara və qollara tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 16-cı həftələrdə aparılmışdır. İştirakçılar aşağıdakı effektivlik parametrlərinə əsasən ayrı-ayrılıqda dekolte, baldır və qollar üzrə klinik olaraq dərəcələndirilmişdir: vizual kələ-kötürlük/hamarlıq, taktil kələ-kötürlük/hamarlıq, quruluq/qabıqlanma, vizual qırışıq tekstura və ümumi görünüşün qiymətləndirilməsi.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) fotozədələnməyə məruz qalmış (yaşlanmış) bədən dərisinin ümumi görünüşünü yaxşılaşdırmaqda effektivdir. 2 həftə sonra Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzrə müalicə qrupu bütün kliniki dərəcələndirilmiş effektivlik parametrləri üzrə müalicə edilməmiş nəzarət qrupundan əhəmiyyətli dərəcədə üstün nəticələr göstərmişdir. 16 həftə sonra Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzrə müalicə qrupundakı iştirakçıların 82%-də dekolte bölgəsinin, 93%-də baldırların və 71%-də qolların ümumi görünüşündə statistik əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir.

QURUMUŞ DƏRİ KLİNİK SINAĞI

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

1-ci tədqiqat: Dərinin buynuz qatının nəmlənmə və baryer funksiyası

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) bir dəfə tətbiq edilməsinin buynuz qatının nəmlənməsini və baryer funksiyasını yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 40 qadın iştirakçı. Sınaq nahiyəsi: sınaq məhsulları bütün iştirakçıların bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. İştirakçıların yaşı: 18-65.

Metodologiya

Randomizə olunmuş, verilənlərin məlum olmadığı və nəzarətli tədqiqat. Dəri nəmlənməsinin korneometr ilə, baryer funksiyasının tevametr ilə qiymətləndirilməsi. İştirakçılar ölçmələr aparılmadan 2 saat əvvəl dərinin qurumasına səbəb olmaq üçün bazuönü nahiyələrini sabunla yumuşlar. İlkin instrumental ölçmələr aparılmışdır. Sonra Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) bütün iştirakçıların bazu önü nahiyəsinə tətbiq edilmişdir. Ölçmələr məhsulun tətbiq edilməsindən dərhal sonra, həmçinin 1 və 2 saat sonra, məhsul silinməzdən əvvəl və sonra yenidən aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün zaman nöqtələrində ölçülmüşdür.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) ilə müalicə qurumuş dəri ilə müqayisədə hər bir nəzarət edilən eksperimental yoxlama zamanı dərinin nəmlənməsində əhəmiyyətli yaxşılaşmaya və transepidermal su itkisinin (TESİ) əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur, bu da dərinin baryer xüsusiyyətinin yaxşılaşmasının göstəricisidir.

2-ci tədqiqat: Quru dəri görünüşü

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) quru dəri görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: Baldırların aşağı hissəsində klinik olaraq quru/çox quru, qabıqlanan dəri müşahidə olunan 25 qadın iştirakçı. Sınaq nahiyəsi: sınaq məhsulları bütün iştirakçıların baldırlarının xarici nahiyəsinə tətbiq edilmişdir. İştirakçıların yaşı: 25-65.

Metodologiya

Randomizə olunmuş, verilənlərin iştiakçılara və qiymətləndiricilərə məlum olmadığı və nəzarətli klinik-instrumental tədqiqat. Quru dərinin klinik qiymətləndirmələri təlim keçmiş vizual qiymətləndirici tərəfindən aparılmışdır, dəri nəmlənməsinin qiymətləndirilməsi korneometr, baryer funksiyasının qiymətləndirilməsi isə tevametr cihazı ilə aparılmışdır. İştirakçılar dərinin qurumasına səbəb olmaq üçün 7 gün ayaqlarını sabunla yumuşlar. İlkin instrumental ölçmələr aparılmışdır. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) gündə iki dəfə tətbiq edilmişdir. 1 və 3-cü günlərdə klinik qiymətləndirmələr və instrumental müayinələr aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün zaman nöqtələrində qiymətləndirilmişdir.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) ilə müalicə qurumuş dəri ilə müqayisədə hər bir nəzarət edilən eksperimental yoxlama zamanı dərinin nəmlənməsində əhəmiyyətli yaxşılaşmaya və transepidermal su itkisinin (TESİ) əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur, bu da dərinin baryer xüsusiyyətinin yaxşılaşmasının göstəricisidir. İnstrumental nəticələr dermatoloq tərəfindən aparılmış kliniki dəri quruluğu təhlili ilə təsdiqlənmişdir.

Kombinə Edilmiş Tədqiqat Nəticəsi

2-ci tədqiqatda Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) ilə müalicə olunan quru dərinin vizual görünüşündəki əhəmiyyətli yaxşılaşma onun quru və nəmsiz dərini aradan qaldırmaqda effektiv olduğunu təsdiqləyir. Bu hər iki tədqiqatda buynuz qatının baryer funksiyasında və dərinin nəmlik həcmində qeydə alınan yaxşılaşmalar ilə də dəstəklənir.

HƏSSAS DƏRİ TESTİ

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) dəri qıcıqlanmasına səbəb olma potensialını qiymətləndirmək.

Nümunə

İştirakçılar: 25 iştirakçı; 22 qadın və 3 kişi, hamısı laktik turşu (süd turşusu) testinə əsasən həssas dəriyə malikdir. İştirakçıların yaşı: 18-70.

Metodologiya

Nəzarətli tədqiqat. İki sahə qiymətləndirilib: mənfi nəzarətin tətbiq edildiyi sahə (demineralizə olunmuş su) və Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) tətbiq edildiyi sahə. Test məhsulları Finn Chamber® (Finn Kamerası) vasitəsilə iştirakçıların bel nahiyəsinə 48 saat ərzində tətbiq edilmişdir. Dəri reaksiyaları patç çıxarıldıqdan 15 dəqiqə, 1 saat və 24 saat sonra əsas dəri qıcıqlanmasını qiymətləndirmək üçün dermatoloqun nəzarəti altında qiymətləndirilmişdir. Dəri reaksiyaları 0-4 ballıq şkala ilə qiymətləndirilmişdir (burada 0 eritema, şiş və ya digər dəri qıcıqlanması növlərinin olmadığını, 4 isə ciddi eritema və şiş olduğunu göstərir, bu da tünd qırmızı görünüş və tətbiq sahəsindən kənara yayılmış geniş şiş əlamətlərinin göstəricisidir).

Nəticə

Dərinin Bio‑Oil® Dəriyə qulluq yağına (Təbii) qarşı dözümlülüyü “qıcıqlanma yaratmayan” olaraq qiymətləndirilmişdir.

QEYRİ-KOMEDOGENLİK TESTİ

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) sızanaq və komedonlara (civzələrə) səbəb olub-olmadığını test etmək.

Nümunə

İştirakçılar: 20 iştirakçı; Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə və sızanağa meyilli dəriyə malik 14 qadın və 6 kişi. İştirakçıların yaşı: 18-65.

Metodologiya

Nəzarətli tədqiqat. Məhsul filtr kağızı diskindən istifadə edərək iştirakçıların üst arxa nahiyəsinə tətbiq edilmişdir. Patçlar 48-72 saat ərzində nahiyədə saxlanılmış, çıxarılmış və yenidən tətbiq edilmişdir. 4 ardıcıl həftə ərzində ümumilikdə 12 patç tətbiq edilmişdir. Üç sahə, mənfi nəzarət (demineralizə olunmuş su), sınaq məhsulu (Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii)) və müsbət nəzarət (lanolin spirti - məlum komedogen məhsul) müqayisə edilərək qiymətləndirilmişdir. Hər dəfə məhsulun tətbiqindən əvvəl və sonra komedonların mövcudluğunu müqayisə etmək üçün dəri reaksiyaları hər bir patçın çıxarılmasından 15 dəqiqə sonra dermatoloq nəzarəti altında klinik olaraq qiymətləndirilmişdir.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) komedogen olmadığı aşkar edilmişdir. Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) tətbiq edildiyi sahə mənfi nəzarət sahəsi ilə heç bir əhəmiyyətli fərq göstərməmişdir. Müsbət nəzarət akne yaranmasına səbəb olmuşdur.

ABSORBSİYA (SORULMA) TƏDQİQATI

Sınaq mərkəzi

proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya.

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) standart tətbiqindən və hopdurulmasından sonra sorulma sürətini qiymətləndirmək.

Nümunə

İştirakçılar: 100 iştirakçı; 74 qadın və 26 kişi. Sınaq nahiyəsi: sınaq məhsulu bütün iştirakçıların bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. İştirakçıların yaşı: 18-70.

Metodologiya

Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, randomizə olunmuş və nəzarətli tədqiqat. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) və etalon yağ iştirakçıların bazu önü nahiyəsində təyin olunmuş sınaq sahələrinə tətbiq edilmişdir. İştirakçılar hər birini bir dəqiqə sürtməklə sınaq məhsulunu tətbiq etmişlər. Daha sonra iştirakçılar məhsulların sorulmasını “çox yavaş sorulur” ilə “çox tez sorulur” arasında 5 ballıq şkalada qiymətləndirmişlər.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) dəriyə sorulması iştirakçıların əksəriyyəti (64%) tərəfindən “çox tez” və ya “tez” kimi qiymətləndirilmişdir.

OKKLÜZİVLİK SINAĞI

Sınaq mərkəzi

Rigano Laboratories, Milan, İtaliya.

Məqsəd

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) verniks kazeozanın okklüzivlik səviyyəsinə bənzər okklüzivlik səviyyəsi göstərib-göstərmədiyini qiymətləndirmək. Verniks kazeoza ideal okklüzivlik səviyyəsinə görə alim-kosmetoloqlar tərəfindən dəri nəmləndirməsində “qızıl standart” kimi qəbul edilir.

Metodologiya

Məlum miqdarda su insan dərisinin səth xüsusiyyətlərini təqlid edən Vitro-Skin™ adlı yarımkeçirici membranla örtülü laboratoriya şüşələrinə yerləşdirilmişdir. Membrana bərabər miqdarda verniks kazeoza və Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) tətbiq edilmiş və zamanla laboratoriya şüşəsindən su itkisinin sürəti ölçülmüşdür. Bu, membranda hər hansı bir məhsul olmadan su itkisinin sürəti ilə müqayisə edilmişdir. Hər bir məhsul üçün su buxarının ötürülmə sürəti hesablanmış və q/m²/saat ilə ifadə edilmişdir.

Nəticə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) verniks kazeoza ilə çox oxşar okklüzivlik səviyyəsi nümayiş etdirmiş, verniks kazeozanın 27,1 göstəricisi ilə müqayisədə 24,9 göstəricisi qeydə alınmışdır.

TƏTBİQİ

Necə tətbiq etməli

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) tamamilə sorulana qədər üzə və ya bədənə dairəvi masaj hərkətlərilə hopdurulmalıdır. Məhsulun gündə iki dəfə, minimum üç ay ərzində tətbiq edilməsi tövsiyə olunur. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) açıq yaraya və ya çatlamış dəriyə tətbiq edilməməlidir. Yalnız yerli kosmetik tətbiq üçün nəzərdə tutulmuşdur. Səthdəki dəri tam sağaldıqdan sonra çapıq üzərində istifadə etmək təhlükəsizdir. Nəticələr fərddən fərdə dəyişə bilər. Gözlərlə təmasa yol verməyin. Məhsul gözə düşərsə, su ilə yaxşıca yuyun. Uşaqların əli çatmayan yerdə saxlayın.

İstifadə müddəti

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) müxtəlif klinik sınaqları 8 həftəlik və 16 həftəlik dövrlərdə həyata keçirilmişdir, bu da məhsulun effektivliyinin zamanla qiymətləndirilməsinə imkan vermişdir. Statistik təhlil dərinin görünüşünün cəmi iki həftə sonra əhəmiyyətli dərəcədə yaxşılaşdığını və bu yaxşılaşmanın sınaqların keçirildiyi müddət ərzində davam etdiyini və ya daha da artdığını göstərir. Bununla belə, Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) davamlı olaraq istifadə edilə bilər.

Gündəlik dəriyə qulluq rejimi ilə birlikdə istifadəsi

Maksimum sorulma üçün Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) təmizlənmiş dəriyə tətbiq edilməlidir. Bio‑Oil® Dəriyə qulluq yağını (Təbii) digər məhsullarla qarışdıraraq “daha uzun müddət istifadə etmək” onun effektivliyinə mənfi təsir edə bilər. Nəmləndirici, günəşdən qoruyucu losyon və ya başqa üz kremi istifadə edirsinizsə, bunu yalnız Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) tamamilə dəriyə hopduqdan sonra edin. Bütün bədənə tətbiq etmək üçün, Bio‑Oil® Dəriyə qulluq yağını (Təbii) duş və ya vanna qəbul etdikdən sonra tətbiq edin.

Hamiləlik zamanı istifadəsi

Hamiləlik çatları bədənin hər hansı bir yerində yarana bilər, lakin ən çox qarında, budlarda, ombada, belin aşağı hissəsində, ombalarda və döşlərdə yaranma ehtimalı daha yüksəkdir. Hamiləliklə bağlı dəri dartılmalarının qarşısını almaq üçün Bio‑Oil® Dəriyə qulluq yağını (Təbii) bu sahələrə gündə iki dəfə, birinci trimestrin başlanğıcından doğuşdan sonrakı dövrə qədər tətbiq etmək tövsiyə olunur. Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) müntəzəm tətbiqi həmçinin pruritis gravidarum ilə əlaqədar olan qaşıntılı və qurumuş dəri üçün də aktiv rahatlama təmin edəcəkdir. Hamiləlik dövründə baş verən hormonal dəyişikliklər nəticəsində yaranan qeyri-bərabər dəri tonu üçün də istifadə edilə bilər.

Vitamin A və hamiləlik

Qadınlara adətən hamiləlik dövründə A vitaminli qida əlavələrini məhdudlaşdırmaq tövsiyə olunur və buna görə də tərkibində A vitamini olan dəri məhsullarını istifadə etməklə bağlı narahatlıqları ola bilər. Dəriyə tətbiq edilən hər hansı maddə yalnız toksikoloji həddi aşan səviyyələrdə zərərlidir. Dəri maddələrin daxilə nüfuz etməsinə qarşı əhəmiyyətli baryer formalaşdırdığına görə yerli olaraq tətbiq edilən A vitamininin yalnız bir hissəsi bədənə daxil olur. Avropa Komissiyasının İstehlakçı Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS) A vitamini və onun efirlərinin kosmetik komponentlər qismində istifadə edilməsini qiymətləndirmişdir. SCCS-nin rəyinə görə, bədən losyonlarında A vitamininin maksimum 0,05%-ə qədər retinol ekvivalenti konsentrasiyası ilə istifadəsi təhlükəsizdir. Tərkibindəki itburnu yağında mövcud olması səbəbindən Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) formulunda mövcud olan A vitamininin səviyyəsi bədən losyonu üçün icazə verilən maksimum konsentrasiyadan xeyli aşağıdır. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) hamiləlik boyunca təhlükəsiz şəkildə istifadə edilə bilər. Aşağı səviyyədə A vitamini ehtiva edən Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) hamilə qadınları hər hansı təhlükəsizlik riski olmadan A vitamininin faydaları ilə təmin edir.

Rozmarin yağı və hamiləlik

Yüksək konsentrasiyada rozmarin yağının hamiləliyi poza bildiyi aşkarlanmışdır, yəni menstruasiyanı təşviq edə və ehtimal ki, erkən doğuşa səbəb ola bilər. Buna görə də rozmarin yağını yüksək konsentrasiyada istifadə edən aromaterapevtlər və herbalistlər onun hamiləlik dövründə istifadə edilməməsini tövsiyə edirlər. Bununla belə, Bio‑Oil® Dəriyə qulluq yağında (Təbii) rozmarin yağının konsentrasiyası çox aşağıdır və buna görə də hamiləlik dövründə istifadəsi təhlükəsizdir.

Laktasiya dövründə istifadəsi

Ana südü ilə qidalandırma zamanı Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) bədəndə istifadəsi təhlükəsizdir, lakin məmə uclarına tətbiq edilməməsi tövsiyə olunur. Heç bir zərərli təsir ehtimalı olmasa da, körpələr çox həssasdırlar və Bio‑Oil® Dəriyə qulluq yağını (Təbii) çox kiçik miqdarda belə udmamalıdırlar.

Körpə və uşaqlarda istifadəsi

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) üç yaşdan kiçik uşaqlar üzərində istifadəsinin təhlükəsizliyi qiymətləndirilməmişdir. Doğumdan sonrakı bir neçə il ərzində insan orqanizmində immun sistemin inkişafı da daxil olmaqla, bir çox dəyişikliklər baş verir. Buna görə də, yalnız üç yaşı tamam olmuş və daha böyük uşaqlar üzərində istifadəsi tövsiyə olunur. Məhsul uşaqlara ehtiyatla tətbiq edilməli və göz və ya ağız yaxınlığında istifadə edilməməlidir.

Günəşdə istifadəsi

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) üzərində aparılan sınaqlar məhsulun günəş yanığını gücləndirmədiyini və ya dərinləşdirmədiyini göstərir. Beləliklə, məhsulu günəşdə təhlükəsiz şəkildə istifadə etmək mümkündür, lakin günəşin ultrabənövşəyi A (UŞ-A) və B (UŞ-B) şüalarının zərərli təsirlərinə qarşı heç bir qoruma təmin etmədiyi üçün məhsulu günəş qoruma faktoru (SPF) ən azı 30 olan geniş spektrli günəş kremi ilə birlikdə istifadə etmək vacibdir.

Selikli qişa üzərində və ya yaxınlığında istifadə

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) selikli qişalarla təmas istisna olmaqla, bütün istifadələr üçün təhlükəsiz kimi təsnif edilmişdir.

Radioterapiya və ya kimyaterapiya ilə birlikdə istifadəsi

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) kosmetik məhsuldur. Radio və ya kimyaterapiya alan insanlara məhsulu istifadə etməzdən əvvəl həkim məsləhəti almaq məsləhət görülür.

Farmokoloji məhsullarla birlikdə istifadəsi

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) kosmetik məhsuldur. Məhsulun farmokoloji məhsullar ilə eyni vaxtda istifadəsi ilə bağlı məsləhət almaq üçün həkimə müraciət etmək daha yaxşıdır.

Həssas dəri üzərində istifadəsi

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) həssas dəriyə tətbiq edilə bilər. Həssas dərisi olan 18-70 yaş arası 25 iştirakçı üzərində aparılan dərinin qıcıqlanması ilə bağlı tədqiqatda heç bir iştirakçıda formulaya qarşı hər hansı mənfi reaksiya müşahidə olunmayıb.

Yağlı dəri üzərində istifadəsi

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) yağlı dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) komedogen olmadığı aşkar edilmişdir.

Akneyə meyilli dəri üzərində istifadəsi

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) sızanağa meyilli dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) komedogen olmadığı aşkar edilmişdir. Sızanaq problemləri olan insanların Bio‑Oil® Dəriyə qulluq yağını (Təbii) istifadə etməzdən əvvəl tibbi mütəxəssisə müraciət etmələri məsləhət görülür.

ÇAPIĞIN FORMALAŞMASI

Çapıq dərinin zədələnməsindən sonra sağalma prosesinin təbii hissəsi kimi meydana gələn kollagenin böyüməsidir. Kollagen bədənin birləşdirici toxumasının əsas komponentini təşkil edən təbii olaraq meydana gələn zülallardan ibarətdir. Dərinin zədələnməsi halında, orqanizm təsirə məruz qalmış sahəni mümkün qədər tez bərpa etməyə çalışır, məqsəd tam sağalmaq deyil, sağ qalmaqdır. Zədəyə cavab olaraq kollagenin sürətlə həddindən artıq istehsalı çapıqların yaranmasına səbəb olur. Çapıq yetkinləşdikcə bir çox dəyişikliklərə məruz qalsa da, heç vaxt ətrafındakı dərinin normal gücünə çata bilmir. Çapıq yerindəki tük follikulları və tər vəziləri yenidən yaranmır. Çapığın formalaşması aşağıdakı dörd mərhələdən ibarətdir:

Hemostatik mərhələ

Bu, zədə baş verdiyi anda başlayır və bir neçə saat davam edir, çünki zədələnmiş sahə qan axmasına nəzarət etmək üçün qan damarlarını daraldaraq normal vəziyyətini bərpa etməyə çalışır. Zədələnmiş hüceyrələr eyni zamanda qanın laxtalanmasını aktivləşdirmək üçün müəyyən zülallar ifraz edir, beləliklə zədələnmiş damarları tıxayaraq qan itkisini azaldır.

İltihabi mərhələ

İlk travmadan üç və ya dörd gün sonra yaranan qızartı və şiş immun reaksiyanın vizual göstəricisidir. Ağ qan hüceyrələri yaranı çirk və bakteriyalardan təmizləmək üçün kimyəvi maddələr buraxır.

Proliferativ mərhələ

Bu, təxminən üçüncü gündən başlayır və təqribən üç həftə davam edir. Bu mərhələdə yaranın bağlanması və bitişməsi üçün eyni vaxtda üç fərqli proses baş verir: Qranulasiya: fibroblastlar (kollagen sintezindən məsul hüceyrələr) yaranı dolduracaq kollageni tez bir zamanda istehsal etmək üçün yara yerində çoxalırlar. Epiteliallaşma: yaranı örtmək üçün dəri qatı yaranır. Yaranın daralması: qüsuru minimuma endirmək üçün yara bir yerə yığılır.

Yetişmə mərhələsi

Bu “yenidən modelləşdirmə” mərhələsi təxminən üç həftə sonra başlayır və yaranın ölçüsündən və dərinliyindən asılı olaraq iki ilə qədər davam edə bilər. Bu müddət ərzində liflər zədələnmə sahəsinin məruz qaldığı stresin təsirilə yenidən düzüldükcə, çapığın yekun formasını müəyyən edən kollagenin formalaşması davam edir. Çapıq yaranın yerini örtüb qorusa da, asanlıqla zədələnə bilər. Çapıq toxuması adətən normal dərinin dartılma gücünün 70%-ini nümayiş etdirir.

ÇAPIQLARIN NÖVLƏRİ

İnsanların fərqli şəkildə sağalması səbəbilə, çapığın son görünüşü hər bir insanda fərqli olur. Dəri növü, çapığın yeri, zədələnmənin növü, şəxsin yaşı və hətta qidalanma vəziyyəti kimi faktorlar çapığın necə görünəcəyini müəyyən etməkdə rol oynayır. Çapıq növlərini aşağıdakı kateqoriyalara bölmək olar:

Adi çapıqlar

Bu çapıqlar əvvəlcə iltihablı və tünd görünür, lakin vaxt keçdikcə yastılaşır və daha az nəzərə çarpır, nəticədə incə çapıq xətləri əmələ gəlir.

Atrofik çapıqlar

Bu çapıqlar dərinin səthi altında çöküntülər və çuxurlar yaradır. Məsələn, sızanaq və ya suçiçəyi nəticəsində yaranan çapıqlar.

Hipertrofik çapıqlar

Bu çapıqlar dərinin səthindən yuxarı qalxır. Onlar həddindən artıq miqdarda kollagen ilə xarakterizə olunur, lakin həmişə ilkin yaranın sərhədləri daxilində qalırlar.

Keloid çapıqlar

Keloid çapıqlar hipertrofik çapıqlarla qarışdırılmamalıdır. Keloidlər də qabarıq/yuxarı qalxmış çapıqlar olsa da, ilkin yaranın hüdudlarından kənara yayılmaları ilə xarakterizə olunur. Onlar vaxt keçdikcə böyüməyə davam edə bilərlər və kəsildikdən sonra adətən təkrar formalaşırlar.

Çapıq kontrakturaları

Dərinin davamlı olaraq daralması zamanı kontraktura çapığı yaranır. Bunlar çox vaxt çapıqlar oynaqları və ya dəri qırışlarını düz bucaq altında keçdikdə əmələ gəlir. Çapıq toxuması dartıla bilmir və normal hərəkətə maneə törədə bilir. Çapıq kontrakturaları çox vaxt yanıq xəsarətlərindən sonra baş verir.

Dəri çatları (Striyalar)

Dəri dartılmaları çox vaxt bədən çəkisinin sürətlə dəyişməsi (məsələn, yeniyetmələrdə sürətlə böyümə, hamiləlik) zamanı bədənin onu əhatə edən dəridən daha sürətlə genişlənərək dəri toxumasında daxili yırtıqlara səbəb olması nəticəsində yaranır. Bu yırtıqlar özlərini bərpa etdikdə, dəri çatları kimi bilinən çapıqlar əmələ gətirir.

DƏRİ ÇATLARININ FORMALAŞMASI

Tibbi nöqteyi-nəzərdən dəri çatları, yaxud striya, sadəcə çapığın başqa bir formasıdır, lakin çox insan onları çapıqlardan fərqli olaraq qəbul edir. Striyalar dərinin sürətlə genişlənməsi dövrlərində, məsələn hamilə qadınlarda, bədən tərbiyəsi ilə məşğul olan insanlarda və yeniyetmələrdə sürətlə böyümə dövründə dərinin üzərində yaranan xətlərdir. Onlar adlarından göründüyü kimi, dartılma səbəbindən yaranır. Açıq dəri rənginə malik insanlarda adətən çəhrayı rəngli, tünd dərili insanlarda isə ətraf dəridən daha açıq rəngli dartılma izləri müşahidə olunur. Dəri təbii olaraq elastikdir. Bu elastiklik dəri toxumasının əsasını təşkil edən dermisdə olan kollagen və elastin tərəfindən təmin olunur. Kollagen bir qrup təbii formalaşan zülaldan ibarətdir və bədənin birləşdirici toxumasının əsas komponentidir. Təbii formalaşan zülallardan ibarət olan elastin də birləşdirici toxumada mövcud olur və onun elastiklik xüsusiyyətlərini təmin edir. Bu birləşdirici toxuma dermisin genişlənməsi və sıxılması yolu ilə bədənin davamlı hərəkətinə uyğunlaşmasına imkan verir, lakin sürətli çəki artımı zamanı uyğunlaşmaq üçün kifayət qədər vaxt olmaya bilər, bu da dəri toxumasında daxili yırtıqlara səbəb olur. Bu yırtıqlar özlərini bərpa etdikdə, dəri çatları kimi tanınan çapıqlar əmələ gətirir. Faydalı analoq kimi yayın dartılmasını qeyd edilə bilər. Yayı onun təbii elastik limiti kimi tanınan müəyyən diapazonda dartıb uzatsanız, o təkrar-təkrar ilkin ölçüsünə qayıdacaq. Lakin, yayın təbii elastik limitini aşsanız, o daimi dartılmış vəziyyətdə qalacaq və ilkin ölçüsünə qayıtmayacaq. Dəri çatları əhəmiyyətli tibbi problem olmasa da, onların yarandığı insanlarda emosional narahatlığa səbəb ola bilər. Onların yaranması ehtimalı dəri növü, yaş, irsiyyət, qidalanma və dərinin nəmlənmə səviyyəsindən asılı olaraq dəyişir. Dəri dartılmasının formalaşma mərhələləri aşağıdakılardır:

Birinci mərhələ

Erkən dəri dartılmaları solğun rəngdə olur və qaşınma ilə müşayiət oluna bilər. Həmçinin dəri dartılmalarının birbaşa ətrafındakı dəri “yastı” və “nazik” görünə bilər.

İkinci mərhələ

Tədricən dəri dartılmalarının uzunluğu və eni artır, rəngi tündləşir və daha qabarıq olur.

Üçüncü mərhələ

Dəri dartılmaları yetkinləşdikdə və dəri artıq gərginlik altında olmadıqda, solmağa və solğunlaşmağa başlayırlar. Onlar həmçinin bir qədər çökək və qeyri-müəyyən formada və uzunluqda ola bilər.

HAMILƏLİK ZAMANI DƏRİ ÇATLARININ FORMALAŞMASI

Təxmini hesablamalara görə, hamilə qadınların 50%-dən 90%-ə qədəri dəri çatlarına meyillidir. Hamiləlik zamanı bədən dəyişdikcə dəri çatları dərinin ən çox dartıldığı yerlər olan qarın, bədən, bel, belin aşağı hissəsi, omba və döşlər kimi nahiyələrdə yarana bilər. Onlar bədənin hər hansı bir yerində yarana bilsə də, əsasən böyük miqdarda yağın toplanıldığı yerlərdə yaranması ehtimalı daha yüksəkdir. Dəri çatları adətən hamiləliyin son trimestrində (təxminən altıncı və ya yeddinci ayda) nəzərə çarpsa da, bəzi qadınlarda birinci trimestrdə görünməyə başlayır. Hamiləlik zamanı dəri çatları həmçinin hormon səviyyələrinin artması ilə dərinin doğuşa hazırlaşması nəticəsində də yarana bilər. Bu hormonlar dəriyə daha çox su çəkərək kollagen lifləri arasındakı bağları zəiflədir. Bu, dərinin dartılarkən yırtılmasını və dəri çatlarının əmələ gəlməsini asanlaşdırır. Dəri dartılmalarının yaranma ehtimalı dəri növü, yaş, irsiyyət, qidalanma və dərinin nəm səviyyəsindən asılı olaraq dəyişir.

TƏHLÜKƏSİZLİK QİYMƏTLƏNDİRMƏSİ

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) ixtisaslaşmış toksikoloq tərəfindən təhlükəsizlik qiymətləndirməsindən keçmiş və böyüklər, o cümlədən hamilə və laktasiya dövründə olan qadınlar və üç yaşdan yuxarı uşaqlar tərəfindən təyinatı üzrə istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir.

MƏNFI REAKSİYALAR

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) təhlükəsiz toksikoloji profilə malik olmasına və bununla bağlı beynəlxalq qaydaların tələblərinə cavab verməsinə baxmayaraq, bütün kosmetik məhsullar kimi, Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) istifadəcilərinin də məhsuldan istifadə edərkən mənfi reaksiyalarla qarşılaşmaq riski mövcuddur. Mənfi reaksiya halında məhsulun istifadəsi dərhal dayandırılmalıdır. Mənfi dəri reaksiyası simptomlarına adətən məhsulun tətbiq olunduğu sahədə yaranan səpgilər, şişkinlik və iltihab daxil ola bilər. Bu reaksiyalar qaşınma və yüngül narahatlıq ilə müşayiət oluna bilər. Əksər hallarda, mənfi reaksiyalar məhsulun istifadəsi dayandırıldıqdan sonra iki-üç gün ərzində aradan qalxır. Reaksiya azaldıqca, dəri ilkin vəziyyətinə qayıdana qədər quru və qabıqlı görünə bilər. Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) tətbiqi zamanı potensial allergik reaksiya ilə bağlı hər hansı bir narahatlıq varsa, bunu yoxlamaq üçün sadə allergiya testi keçirmək məsləhət görülür. Bunun üçün az miqdarda məhsulu qolun daxili hissəsinə tətbiq etmək və hər hansı bir reaksiya olub olmadığını yoxlamaq üçün 24 saat gözləmək lazımdır. Dərinin nəzərəçarpacaq dərəcədə qızarması (qızartı) və ya yüngül şişməsi (şiş) allergik reaksiya potensialını göstərə bilər.

TƏSADÜFİ UDULMA

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) təsadüfən udularsa, toksik olmadığı üçün ürəkbulanma və ishal hisslərindən başqa hər hansı mənfi təsirin baş verməsi ehtimalı azdır. Lakin xüsusilə körpə və ya uşaq tərəfindən təsadüfən udularsa, həkimə müraciət etmək tövsiyə olunur.

AÇILDIQDAN SONRA İSTİFADƏ MÜDDƏTİ (PAO)

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) açıldıqdan sonrakı istifadə müddəti 12 aydır. Bu, məhsulun açıldıqdan sonra təhlükəsiz olduğu və istehlakçıya heç bir zərər vermədən istifadə edilə biləcəyi müddətdir.

İSTEHSAL

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) istehsalı kosmetik məhsullar üçün ISO 22716:2007 Qabaqcıl İstehsal Təcrübəsi (GMP) tələblərinə uyğundur. Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) istehsalında istifadə edilən bütün xam maddələr üçün Analiz Sertifikatı (COA) və bütün qablaşdırma materialları üçün Uyğunluq Sertifikatı (COC) təmin olunur. Keyfiyyətə nəzarət testlərindən keçənə qədər heç bir xam maddə və ya qablaşdırma materialı istehsala buraxılmır. Hər bir qarışdırılmış Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) partiyası üçün unikal partiya nömrəsi təyin edilir. Partiyadan götürülmüş nümunə laboratoriya tərəfindən xarici görünüş, şəffaflıq, qoxu, spektrofotometrik identifikasiya, sıxlıq, özlülük və mikrobioloji parametrlər üzrə test edilir. Nümunə dörd il saxlanılır. Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) doldurulması və qablaşdırılması temperatur və rütubətə nəzarət edilən müəssisədə həyata keçirilir. Tozla çirklənmənin qarşısını almaq üçün hava yüksək effektivliyə malik hissəcikli hava (HEPA) filtrasiya sistemindən keçir. İstehsal xətlərində işləyən işçilər baş örtüyu, üz maskası, üz qoruyucusu, əlcək, palto və ayaqqabı örtüyü geyinir. Gözlənilməz qüsurlara qarşı ehtiyat tədbiri kimi istehsal xəttindən müəyyən aralıqlarla nümunələr götürülür və Keyfiyyətə Nəzarət şöbəsi tərəfindən yoxlanılır. Partiya nömrəsi şüşə, karton qutu və qablaşdırma üzərində çap olunur və hər bir istehsal edilmiş partiyadan götürülmüş saxlama nümunəsi dörd il müddətində saxlanılır.

TƏBİİ İNQREDİYENTLƏRİN DƏYİŞKƏNLİYİ

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) hər partiyası rəng, qoxu və konsistensiya baxımından bir qədər fərqli ola bilər. Bu, mövsümilik, torpaq şəraiti, günəşin təsirinə məruz qalma, məhsuldarlıq, hava şəraiti, temperatur və ilin vaxtı kimi amillərdən asılı olaraq rəng, qoxu və ya konsistensiya baxımından bir qədər fərqli ola biləcək təbii inqrediyentlərdə gözlənilən və normal dəyişikliklərin nəticəsidir.

SAXLAMA TƏLİMATLARI

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) birbaşa günəş işığından uzaq, sərin yerdə saxlanılmalıdır.

TƏKRAR EMAL

Bütün Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) qablaşdırma materialları (şüşə, tıxac, qapaq və karton) təkrar emala yararlıdır.

SERTİFİKATLAR

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) halal və koşer sertifikatlarına malikdir.

HEYVANLAR ÜZƏRİNDƏ SINAQDAN KEÇİRİLMƏYİB

Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) və onun tərkibinə daxil olan xammallar kosmetik məqsədlərlə heyvanlar üzərində sınaqların aparılmasına dair Aİ reqlamentlərinə uyğun istehsal edilir. Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) və onun tərkibinə daxil olan inqrediyentlər nə Bio‑Oil, nə də onun xammal təchizatçıları tərəfindən heyvanlar üzərində sınaqdan keçirilməmişdir.

VEQAN

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) tərkibində heç bir heyvan mənşəli inqrediyent yoxdur.

GÖRÜNÜŞDƏ DƏYİŞİKLİK

Bio‑Oil® Dəriyə qulluq yağının (Təbii) tərkibində işığa həssas olan kalendula, çobanyastığı, lavanda, paçuli və rozmarin bitkilərinin ekstraktları və efir yağları, həmçinin itburnu yağının tərkib hissəsi kimi A vitamini var. Günəş işığına məruz qalma zaman keçdikcə rəng dəyişikliyinə səbəb ola bilər. Lakin məhsulun effektivliyinə təsir göstərməsi ehtimalı azdır. Ehtiyat tədbiri olaraq, Bio‑Oil® Dəriyə qulluq yağı (Təbii) şüşələrinin tərkibində ultrabənövşəyi şüa uducusu var. Bununla belə, məhsul birbaşa günəş işığından uzaqda saxlanılmalıdır.

QABLAŞDIRMA

Məhsulun şəkli: Bio‑Oil Dəriyə qulluq yağı Təbii