MARKANIN ADI

Bio‑Oil®

MƏHSULUN ADI VƏ ÖLÇÜLƏRİ

Quru dəri üçün gel 50 ml

Quru dəri üçün gel 100 ml

Quru dəri üçün gel 200 ml

TƏSVİR

Çox quru dəri üçün 83% yağlılığa malik gel.

GÖSTƏRİŞLƏR

Dəri nəm səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

TƏQDİMAT

Narıncı/çəhrayı rəngli gel.

İNQREDİYENTLƏR

Paraffinum Liquidum, Isopropyl Palmitate, Triisononanoin, Glycerin, Cetearyl Ethylhexanoate, Isopropyl Myristate, Aqua, Caprylic / Capric Triglyceride, Isostearyl Isostearate, C26-28 Alkyl Dimethicone, Butyrospermum Parkii Butter, Sodium Lactate, Urea, Gluconolactone, Sodium PCA, Sodium Hyaluronate, Octyldodecyl PCA, Sucrose Laurate, Sucrose Stearate, Lactic Acid, Lanolin, Butylene Glycol, Dimethicone / Vinyl Dimethicone Crosspolymer, Bisabolol, Helianthus Annuus Seed Oil, Silica, Glycine Soja Oil, Retinyl Palmitate, Tocopheryl Acetate, Niacinamide, Linoleic Acid, Linolenic Acid, Tocopherol, Anthemis Nobilis Flower Oil, Calendula Officinalis Extract, Rosmarinus Officinalis Leaf Oil, Lavandula Angustifolia Oil, Parfum, Farnesol, Limonene, Linalool, CI 17200.

QURU DƏRİ KLİNİK SINAĞI

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Quru dəri üçün gelin dəri nəmliyini yaxşılaşdırmaqda effektivliyini sınaqdan keçirmək üçün klinik qiymətləndirmə.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə II-V növ dəriyə malik, baldırlarının xarici hissəsində quru/çox quru dərinin (II-IV səviyyəli) klinik təzahürləri müşahidə edilmiş və qeydiyyat zamanı korneometr dəyərləri 40-dan az olan 40 sağlam qadın. Sınaq nahiyəsi: sınaq məhsulları bütün iştirakçıların bir bütün baldırına tətbiq edilmişdir. İştirakçıların yaşı: 40-65.

Metodologiya

Müxtəlif bədən üzvlərində aparılan, verilənlərin qiymətləndiriciyə məlum olmadığı, randomizə edilmiş və nəzarət edilən klinik-instrumental tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 7 günlük quruma müddəti, 28 günlük müalicə müddəti və 3 günlük müşahidə dövründən (reqressiya) keçmişlər. Quruma dövründə və tədqiqat boyunca iştirakçılar ayaqlarını gündə iki dəfə Dove Beauty Bar sabunu ilə yumuşlar. Daha sonra Bio‑Oil® Quru dəri üçün gel təyin olunmuş baldır nahiyəsinə gündə iki dəfə tətbiq olunmuş, digər ayaq isə müalicə olunmamışdır. Klinik və instrumental qiymətləndirmələr skrininq zamanı, ilkin ziyarətdə və 1, 3, 6, 8, 10, 14, 21, 28, 29, 30 və 31-ci günlərdə aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün ölçmə vaxtlarında qiymətləndirilmişdir. Qiymətləndirmə bu cür aparılmışdır: iştirakçılar təlim keçmiş vizual qiymətləndirici tərəfindən quruluğa görə klinik olaraq (0-5 ballıq şkala üzrə) dərəcələndirilmişlər. Dəri nəmlənməsinin kəmiyyətcə ölçülməsi korneometr cihazı ilə aparılmışdır. Baryer funksiyasının göstəricisi olaraq transepidermal su itkisinin kəmiyyətcə ölçülməsi (TESİ) tevametr cihazı ilə aparılmışdır.

Nəticə

Bio‑Oil® Quru dəri üçün gel həm ilkin dəyərlər, həm də müalicə edilməmiş (müşahidə edilən) sahə ilə müqayisədə hər bir nəzarət edilən eksperimental yoxlama zamanı dərinin nəmləndirilməsi, baryer funksiyası və quru dərinin görünüşü (quruluğun klinik dərəcələndirilməsi) üzrə statistik əhəmiyyətli yaxşılaşma nümayiş etdirmişdir. Quruluğun klinik dərəcələndirilməsində 1-ci gündən etibarən iştirakçıların 62%-də statistik əhəmiyyətli irəliləyiş, 3-cü gündən etibarən isə iştirakçıların 85%-dən çoxunda yaxşılaşma müşahidə edilmişdir. 21-ci gündən etibarən iştirakçıların 100%-i yaxşılaşma nümayiş etdirmişdir. 28-ci gündə iştirakçıların yaxşılaşma səviyyəsi 1-ci gündə qeydə alınan klinik qiymətləndirmə balı ilə müqayisədə 3,5 dəfədən çox artmışdır. 28 günlük istifadədən sonra iştirakçıların 100%-nin dəri nəmlənməsində ciddi artım müşahidə edilmiş, yaxşılaşma səviyyəsi 1-ci gündəki göstərici ilə müqayisədə 2 dəfədən çox artmışdır. Eyni zamanda, 28 günlük istifadədən sonra iştirakçıların 82%-də TESİ-nin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunmuş, yaxşılaşma səviyyəsi 1-ci gün ilə müqayisədə 5,5 dəfədən çox artmışdır. Bio‑Oil® Quru dəri üçün gelin dərinin nəmlənməsini, baryer funksiyasını və quru dərinin görünüşünü yaxşılaşdırmaqda effektivliyi məhsulun istifadəsi dayandırıldıqdan sonra 3 günlük müşahidə zamanı da təsdiqlənmişdir.

HƏSSAS DƏRİ TESTİ

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Quru dəri üçün gelin dəri qıcıqlanmasına səbəb olma potensialını qiymətləndirmək.

Nümunə

İştirakçılar: 30 iştirakçı; 28 kişi və 2 qadın, hamısı laktik turşu (süd turşusu) testinə əsasən həssas dəriyə malikdir. İştirakçıların yaşı: 18-70.

Metodologiya

Nəzarətli tədqiqat. İki sahə qiymətləndirilib: mənfi nəzarətin tətbiq edildiyi sahə (demineralizə olunmuş su) və Bio‑Oil® Quru dəri üçün gelin tətbiq edildiyi sahə. Test məhsulları Finn Chamber® (Finn Kamerası) vasitəsilə iştirakçıların bel bölgəsinə 48 saat ərzində tətbiq edilmişdir. Dəri reaksiyaları patç çıxarıldıqdan 15 dəqiqə, 1 saat və 24 saat sonra əsas dəri qıcıqlanmasını qiymətləndirmək üçün dermatoloqun nəzarəti altında qiymətləndirilmişdir. Dəri reaksiyaları 0-4 ballıq şkala ilə qiymətləndirilmişdir (burada 0 eritema, şiş və ya digər dəri qıcıqlanması növlərinin olmadığını, 4 isə ciddi eritema və şiş olduğunu göstərir, bu da tünd qırmızı görünüş və tətbiq sahəsindən kənara yayılmış geniş şiş əlamətlərinin göstəricisidir).

Nəticə

Dərinin Bio‑Oil® Quru dəri üçün gelə qarşı dözümlülüyü “qıcıqlanma yaratmayan” olaraq qiymətləndirilmişdir.

QEYRİ-KOMEDOGENLİK TESTİ

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Quru dəri üçün gelin komedogen potensialını qiymətləndirmək.

Nümunə

İştirakçılar: 20 iştirakçı; sızanağa meyilli dəriyə malik 18 qadın və 2 kişi. İştirakçıların yaşı: 18-65.

Metodologiya

Nəzarətli tədqiqat. Məhsul filtr kağızı diskindən istifadə edərək iştirakçıların üst arxa nahiyəsinə tətbiq edilmişdir. Patçlar 48-72 saat ərzində nahiyədə saxlanılmış, çıxarılmış və yenidən tətbiq edilmişdir. 4 ardıcıl həftə ərzində ümumilikdə 12 patç tətbiq edilmişdir. Üç sahə mənfi nəzarət (demineralizə olunmuş su), test məhsulu (Bio‑Oil® Quru dəri üçün gel) və müsbət nəzarət (lanolin spirti - məlum komedogen məhsul) müqayisə edilərək qiymətləndirilmişdir. Hər dəfə məhsulun tətbiqindən əvvəl və sonra komedonların mövcudluğunu müqayisə etmək üçün dəri reaksiyaları hər bir patçın çıxarılmasından 15 dəqiqə sonra dermatoloq nəzarəti altında klinik olaraq qiymətləndirilmişdir.

Nəticə

Bio‑Oil® Quru dəri üçün gelin komedogen olmadığı müəyyən edilmişdir. Bio‑Oil® Quru dəri üçün gelin tətbiq edildiyi sahə mənfi nəzarət sahəsi ilə heç bir əhəmiyyətli fərq göstərməmişdir. Müsbət nəzarət akne yaranmasına səbəb olmuşdur.

OKKLÜZİVLİK SINAĞI

Sınaq mərkəzi

Rigano Laboratories, Milan, İtaliya.

Məqsəd

Bio‑Oil® Quru dəri üçün gelin okklüzivliyini və buna görə də TESİ-ni azaldaraq dərinin öz nəmini saxlamasına kömək etmək qabiliyyətini eksperimental olaraq müəyyən etmək.

Metodologiya

Məlum miqdarda su insan dərisinin səth xüsusiyyətlərini təqlid edən Vitro-Skin™ adlı yarımkeçirici membranla örtülü laboratoriya şüşələrinə yerləşdirilmişdir. Məhsul membrana tətbiq edilmiş və zamanla laboratoriya şüşələrindən su itkisinin sürəti ölçülmüşdür. Bu göstərici membranda hər hansı bir məhsul olmayan nəzarət şüşələrindən su itkisinin sürəti ilə müqayisə edilmişdir.

Nəticə

Su buxarının ötürülmə sürəti (WVTR) test metodologiyası məhsulların okklüzivliyini ölçmək üçün standart bir testdir. WVTR dəyərində azalma müəyyən bir formulanın okklüziv olduğunu göstərir. Bio‑Oil® Quru dəri üçün gel Vitro-Skin™ membranına tətbiq edildikdə müalicə edilməmiş nəzarət sahəsi ilə müqayisədə WVTR dəyərlərinin statistik olaraq azaldığı müəyyən edilmişdir. Bu “in vitro” (süni şəraitdə əldə olunan) nəticə onu göstərir ki, Bio‑Oil® Quru dəri üçün gel dərinin “in vivo” (təbii şəraitdə mövcud) nəmini saxlamağa kömək edir və bununla da quru dərinin əlamətlərini və simptomlarını yüngülləşdirir.

TƏTBİQİ

Necə tətbiq etməli

Zəruri olduqda az miqdarda Bio‑Oil® Quru dəri üçün geli quru dəriyə tətbiq edin. Daimi quru dərilərə gündə iki dəfə, səhər və axşam tətbiq etmək tövsiyə olunur. Məhsul xüsusi olaraq bədən üçün hazırlanıb, lakin üzə də tətbiq edilə bilər. Bio‑Oil® Quru dəri üçün gel yalnız yerli kosmetik tətbiq üçün nəzərdə tutulub. O, açıq yaraya və ya çatlamış dəriyə tətbiq edilməməlidir. Gözlərlə təmasa yol verməyin. Məhsul gözə düşərsə, su ilə yaxşıca yuyun. Uşaqların əli çatmayan yerdə saxlayın.

İstifadə müddəti

Bio‑Oil® Quru dəri üçün gel üzərində klinik sınaq dörd həftə ərzində keçirilmiş, bu da məhsulun effektivliyinin zamanla qiymətləndirilməsinə imkan vermişdir. Statistik təhlil dərinin görünüşünün cəmi 24 saat sonra əhəmiyyətli dərəcədə yaxşılaşdığını və bu yaxşılaşmanın sınaq müddəti boyunca davam etdiyini göstərir. Lakin Bio‑Oil® Quru dəri üçün gel nəmləndirici və dəri qidalandırıcı xüsusiyyətlərə malik olduğu üçün davamlı olaraq istifadə edilə, beləliklə də gündəlik dəri qulluq rejiminin bir hissəsinə çevrilə bilər.

Gündəlik dəriyə qulluq rejimi ilə birlikdə istifadəsi

Maksimum sorulma üçün Bio‑Oil® Quru dəri üçün gel təmizlənmiş dəriyə tətbiq edilməlidir. Günəşdən qoruyucu losyon və ya başqa bir kremi yalnız Bio‑Oil® Quru dəri üçün gel tamamilə dəriyə hopduqdan sonra tətbiq edin. Bütün bədənə tətbiq etmək üçün, Bio‑Oil® Quru dəri üçün geli duş və ya vanna qəbul etdikdən sonra tətbiq edin.

Hamiləlik zamanı istifadəsi

Bio‑Oil® Quru dəri üçün gelin hamiləlik zamanı istifadəsi təhlükəsizdir.

Vitamin A və hamiləlik

Qadınlara adətən hamiləlik dövründə A vitaminli qida əlavələrini məhdudlaşdırmaq tövsiyə olunur və buna görə də tərkibində A vitamini olan dəri məhsullarını istifadə etməklə bağlı narahatlıqları ola bilər. Dəriyə tətbiq edilən hər hansı maddə yalnız toksikoloji həddi aşan səviyyələrdə zərərlidir. Dəri maddələrin daxilə nüfuz etməsinə qarşı əhəmiyyətli baryer formalaşdırdığına görə yerli olaraq tətbiq edilən A vitamininin yalnız bir hissəsi bədənə daxil olur. Avropa Komissiyasının İstehlakçı Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS) A vitamini və onun efirlərinin kosmetik komponentlər qismində istifadə edilməsini qiymətləndirmişdir. SCCS-nin rəyinə görə, bədən losyonlarında A vitamininin maksimum 0,05%-ə qədər retinol ekvivalenti konsentrasiyası ilə istifadəsi təhlükəsizdir. Bio‑Oil® Quru dəri üçün gelin tərkibindəki A vitamininin miqdarı bədən losyonu üçün icazə verilən maksimum konsentrasiyadan xeyli aşağıdır və hamiləlik dövrü boyunca təhlükəsiz şəkildə istifadə edilə bilər.

Rozmarin yağı və hamiləlik

Yüksək konsentrasiyada rozmarin yağının hamiləliyi poza bildiyi aşkarlanmışdır, yəni menstruasiyanı təşviq edə və ehtimal ki, erkən doğuşa səbəb ola bilər. Buna görə də rozmarin yağını yüksək konsentrasiyada istifadə edən aromaterapevtlər və herbalistlər onun hamiləlik dövründə istifadə edilməməsini tövsiyə edirlər. Bununla belə, Bio‑Oil® Quru dəri üçün geldə rozmarin yağının konsentrasiyası çox aşağıdır və buna görə də hamiləlik dövründə təhlükəsiz şəkildə istifadə edilə bilər.

Laktasiya dövründə istifadəsi

Bio‑Oil® Quru dəri üçün gelin ana südü ilə qidalandırma zamanı istifadəsi təhlükəsizdir, lakin məmə uclarına tətbiq edilməməsi tövsiyə olunur. Heç bir zərərli təsir ehtimalı olmasa da, körpələr çox həssasdırlar və Bio‑Oil® Quru dəri üçün geli çox kiçik miqdarda belə udmamalıdırlar.

Körpə və uşaqlarda istifadəsi

Bio‑Oil® Quru dəri üçün gelin üç yaşdan kiçik uşaqlarda istifadəsinin təhlükəsizliyi qiymətləndirilməmişdir. Doğumdan sonrakı bir neçə il ərzində insan orqanizmində immun sistemin inkişafı da daxil olmaqla, bir çox dəyişikliklər baş verir. Buna görə də, yalnız üç yaşı tamam olmuş və daha böyük uşaqlar üzərində istifadəsi tövsiyə olunur.

Günəşdə istifadəsi

Bio‑Oil® Quru dəri üçün gel üzərində aparılan sınaqlar məhsulun günəş yanığını gücləndirmədiyini və ya dərinləşdirmədiyini göstərir. Beləliklə, məhsulu günəşdə təhlükəsiz şəkildə istifadə etmək mümkündür, lakin günəşin ultrabənövşəyi A (UŞ-A) və B (UŞ-B) şüalarının zərərli təsirlərinə qarşı heç bir qoruma təmin etmədiyi üçün məhsulu günəş qoruma faktoru (SPF) ən azı 30 olan geniş spektrli günəş kremi ilə birlikdə istifadə etmək vacibdir.

Selikli qişa üzərində və ya yaxınlığında istifadə

Bio‑Oil® Quru dəri üçün gel hər cür istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir, lakin onun selikli qişa ilə təmasının təhlükəsizliyi sınaqdan keçirilməmişdir, belə ki, bu, məhsulun ağlabatan surətdə nəzərdə tutulmuş istifadə üsulu deyil.

Radioterapiya və ya kimyaterapiya ilə birlikdə istifadəsi

Bio‑Oil® Quru dəri üçün gel kosmetika məhsuludur. Radio və ya kimyaterapiya alan insanlara məhsulu istifadə etməzdən əvvəl həkim məsləhəti almaq məsləhət görülür.

Farmokoloji məhsullarla birlikdə istifadəsi

Bio‑Oil® Quru dəri üçün gel kosmetika məhsuludur. Məhsulun farmokoloji məhsullar ilə eyni vaxtda istifadəsi ilə bağlı məsləhət almaq üçün həkimə müraciət etmək daha yaxşıdır.

Həssas dəri üzərində istifadəsi

Bio‑Oil® Quru dəri üçün gel həssas dəriyə tətbiq edilə bilər. Həssas dərisi olan 18-70 yaş arası 30 iştirakçı üzərində aparılan dərinin qıcıqlanması ilə bağlı tədqiqatda heç bir iştirakçıda Bio‑Oil® Quru dəri üçün gelə qarşı hər hansı mənfi reaksiya müşahidə olunmayıb.

Yağlı dəri üzərində istifadəsi

Bio‑Oil® Quru dəri üçün gel yağlı dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Quru dəri üçün gelin komedogen olmadığı aşkar edilmişdir.

Akneyə meyilli dəri üzərində istifadəsi

Bio‑Oil® Quru dəri üçün gel sızanağa meyilli dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Quru dəri üçün gelin komedogen olmadığı aşkar edilmişdir. Sızanaq problemləri olan insanların Bio‑Oil® Quru dəri üçün gel istifadə etmədən əvvəl tibbi mütəxəssisə müraciət etmələri məsləhət görülür.

QURU DƏRİNİN SİMPTOMLARI VƏ SƏBƏBLƏRİ

Simptomlar

Quru dərinin simptomlarına solğun və qabıqlanan dəri, yüngül qırışlar, boz və ya kül rəngli dəri, eləcə də sərtlik və gərginlik hissi daxildir.

Səbəblər

Quru dəri həm xarici, həm də daxili amillərin təsiri ilə yaranır. Xarici amillər: Quru iqlim nəmi dərinin daxilindən çəkərək ikiqat lipid təbəqəsindən kənara, quru xarici mühitə çıxarır. Kondisionerlər və istilik sistemləri havadan nəmi çəkərək süni quru iqlim yaradır ki, bu da dəridən nəmin çəkilməsinə səbəb olur. Hər gün yuyunma və sərt yuyucu vasitələrə məruz qalma dərinin ikiqat lipid təbəqəsinin soyulmasına səbəb olur, bu da nəmin dəridən çıxmasını asanlaşdırır. Daxili amillər: Orqanizm yaşlandıqca dəri daha az lipid istehsal edir, bu da ikiqat lipid təbəqəsinin incəlməsinə səbəb olur və nəmin daha asan çıxmasına imkan verir. Genetika ikiqat lipid təbəqəsində seramid səviyyələrinin təbii olaraq azalması səbəbindən quru dərinin yaranmasında rol oynaya bilər. Bu, dəri baryerinin okklüzivliyinin azalması ilə nəticələnir və normaldan yuxarı səviyyədə nəm itkisinə səbəb olur. Dərinin pH səviyyəsi baryer funksiyasına təsir edir. Dəridə yüksək pH səviyyəsi ikiqat lipid təbəqəsinin sağlam fəaliyyətini pozur.

TƏHLÜKƏSİZLİK QİYMƏTLƏNDİRMƏSİ

Bio‑Oil® Quru dəri üçün gel ixtisaslaşmış toksikoloq tərəfindən təhlükəsizlik qiymətləndirməsindən keçmiş və böyüklər, o cümlədən hamilə və laktasiya dövründə olan qadınlar və üç yaşdan yuxarı uşaqlar tərəfindən təyinatı üzrə istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir.

MƏNFI REAKSİYALAR

Bio‑Oil® Quru dəri üçün gel təhlükəsiz toksikoloji profilə malik olmasına və bununla bağlı beynəlxalq qaydaların tələblərinə cavab verməsinə baxmayaraq, bütün kosmetik məhsullar kimi, Bio‑Oil® Quru dəri üçün gel istifadəcilərinin də məhsuldan istifadə edərkən mənfi reaksiyalarla qarşılaşmaq riski mövcuddur. Mənfi reaksiya halında məhsulun istifadəsi dərhal dayandırılmalıdır. Mənfi dəri reaksiyası simptomlarına adətən məhsulun tətbiq olunduğu sahədə yaranan səpgilər, şişkinlik və iltihab daxil ola bilər. Bu reaksiyalar qaşınma və yüngül narahatlıq ilə müşayiət oluna bilər. Əksər hallarda, mənfi reaksiyalar məhsulun istifadəsi dayandırıldıqdan sonra iki-üç gün ərzində aradan qalxır. Reaksiya azaldıqca, dəri ilkin vəziyyətinə qayıdana qədər quru və qabıqlı görünə bilər. Bio‑Oil® Quru dəri üçün gelin tətbiqi zamanı potensial allergik reaksiya ilə bağlı hər hansı bir narahatlıq varsa, bunu yoxlamaq üçün sadə allergiya testi keçirmək məsləhət görülür. Bunun üçün az miqdarda məhsulu qolun daxili hissəsinə tətbiq etmək və hər hansı bir reaksiya olub olmadığını yoxlamaq üçün 24 saat gözləmək lazımdır. Dərinin nəzərəçarpacaq dərəcədə qızarması (qızartı) və ya yüngül şişməsi (şiş) allergik reaksiya potensialını göstərə bilər.

ALLERGENLƏR

Əksər allergenlər kimi bunlar da bitki yağlarında və ətirdə mövcuddur. Onlar aşağıdakılardır: Farnesol, limonene və linalool.

TƏSADÜFİ UDULMA

Bio‑Oil® Quru dəri üçün gel təsadüfən udularsa, toksik olmadığı üçün ürəkbulanma və ishal hisslərindən başqa hər hansı mənfi təsirin baş verməsi ehtimalı azdır. Lakin xüsusilə körpə və ya uşaq tərəfindən təsadüfən udularsa, həkimə müraciət etmək tövsiyə olunur.

AÇILDIQDAN SONRA İSTİFADƏ MÜDDƏTİ (PAO)

Bio‑Oil® Quru dəri üçün gelin açıldıqdan sonrakı istifadə müddəti 12 aydır. Bu, məhsulun açıldıqdan sonra təhlükəsiz olduğu və istehlakçıya heç bir zərər vermədən istifadə edilə biləcəyi müddətdir.

İSTEHSAL

Bio‑Oil® Quru dəri üçün gelin istehsalı kosmetik məhsullar üçün ISO 22716:2007 Qabaqcıl İstehsal Təcrübəsi (GMP) tələblərinə uyğundur. Bio‑Oil® Quru dəri üçün gelin istehsalında istifadə edilən bütün xam maddələr üçün Analiz Sertifikatı (COA) və bütün qablaşdırma materialları üçün Uyğunluq Sertifikatı (COC) təmin olunur. Keyfiyyətə nəzarət testlərindən keçənə qədər heç bir xam maddə və ya qablaşdırma materialı istehsala buraxılmır. Hər bir qarışdırılmış Bio‑Oil® Quru dəri üçün gel partiyası üçün unikal partiya nömrəsi təyin edilir. Partiyadan götürülmüş nümunə laboratoriya tərəfindən xarici görünüş, qoxu, spektrofotometrik identifikasiya, sıxlıq, özlülük və mikrobioloji parametrlər üzrə test edilir. Nümunə dörd il saxlanılır. Bio‑Oil® Quru dəri üçün gelin doldurulması və qablaşdırılması temperatur və rütubətə nəzarət edilən müəssisədə həyata keçirilir. Tozla çirklənmənin qarşısını almaq üçün hava yüksək effektivliyə malik hissəcikli hava (HEPA) filtrasiya sistemindən keçir. İstehsal xətlərində işləyən işçilər baş örtüyu, üz maskası, üz qoruyucusu, əlcək, palto və ayaqqabı örtüyü geyinir. Gözlənilməz qüsurlara qarşı ehtiyat tədbiri kimi istehsal xəttindən müəyyən aralıqlarla nümunələr götürülür və Keyfiyyətə Nəzarət şöbəsi tərəfindən yoxlanılır. Partiya nömrəsi tübik, karton qutu və qablaşdırma üzərində çap olunur və hər bir istehsal edilmiş partiyadan götürülmüş saxlama nümunəsi dörd il müddətində saxlanılır.

SAXLAMA TƏLİMATLARI

Bio‑Oil® Quru dəri üçün gel birbaşa günəş işığından uzaq, sərin bir yerdə saxlanılmalıdır.

TƏKRAR EMAL

Bio‑Oil® Quru dəri üçün gelin bütün qablaşdırma materialları (tübik, şüşə, etiket və karton) təkrar emala yararlıdır.

SERTİFİKATLAR

Bio‑Oil® Quru dəri üçün gel halal və koşer sertifikatlarına malikdir.

HEYVANLAR ÜZƏRİNDƏ SINAQDAN KEÇİRİLMƏYİB

Bio‑Oil® Quru dəri üçün gel və onun tərkibinə daxil olan xammallar kosmetik məqsədlərlə heyvanlar üzərində sınaqların aparılmasına dair Aİ reqlamentlərinə uyğun istehsal edilir. Bio‑Oil® Quru dəri üçün gel və onun tərkibinə daxil olan inqrediyentlər nə Bio‑Oil, nə də onun xammal təchizatçıları tərəfindən heyvanlar üzərində sınaqdan keçirilməmişdir.

VEQAN DEYİL

Bio‑Oil® Quru dəri üçün gelin tərkibində lanolin - qoyun yunundan əldə edilən mum var. Buna görə də, Bio‑Oil® Quru dəri üçün gel veqan deyil.

GÖRÜNÜŞDƏ DƏYİŞİKLİK

Bio‑Oil® Quru dəri üçün gelin görünüşü iki halda dəyişə bilər. Birinci hal gel uzun müddət həddindən artıq yüksək və ya aşağı temperaturlara məruz qaldıqda meydana gəlir; həddindən artıq yüksək temperatur gelin səthini qurudur, qab açıq qalarsa, bu təsir daha da güclənir. Əksinə, həddindən artıq aşağı temperatur donmaya səbəb ola bilər. Hər iki hal gelə ağ çalar verə bilər. İkinci hal istifadə zamanı şüşəyə su və ya başqa bir maye daxil olduqda ortaya çıxır. Maye formulun tərkibindəki emulqatorla qarşılıqlı əlaqəyə girərək emulsifikasiya prosesini başladacaq, bu isə gelin ağ rəngə çevrilməsinə və konsistensiyasının dəyişməsinə səbəb olacaq.

QABLAŞDIRMA

Məhsulun şəkli: Bio‑Oil Quru dəri üçün gel