MARKANIN ADI

Bio‑Oil®

MƏHSULUN ADI VƏ ÖLÇÜLƏRİ

Bədən losyonu 175 ml

Bədən losyonu 250 ml

TƏSVİR

Gündəlik nəmləndirmə üçün 42% yağlı bədən losyonu.

GÖSTƏRİŞLƏR

Dəri nəm səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

TƏQDİMAT

Ağ maye.

İNQREDİYENTLƏR

Aqua, Dimethicone, Isopropyl Palmitate, Ethylhexyl Cocoate, Isododecane, Isopropyl Myristate, Urea, Polyglyceryl-2 Dipolyhydroxystearate, Glycerin, Pentylene Glycol, Dicaprylyl Carbonate, Polyglyceryl-3 Diisostearate, Sodium Lactate, Dipentaerythrityl Hexacaprylate / Hexacaprate, Gluconolactone, Rosa Canina Fruit Oil, Simmondsia Chinensis Seed Oil, Calendula Officinalis Extract, Butyrospermum Parkii Oil, Helianthus Annuus Seed Oil, Glycine Soja Oil, Isostearyl Isostearate, Bisabolol, Octyldodecyl PCA, Retinyl Palmitate, Tocopheryl Acetate, Linoleic Acid, Linolenic Acid, Tocopherol, Sodium PCA, Sodium Hyaluronate, Lactic Acid, Stearalkonium Hectorite, Propylene Carbonate.

QURU DƏRİ KLİNİK SINAĞI

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Bədən losyonunun dəri nəmliyini yaxşılaşdırmaqda effektivliyini sınaqdan keçirmək üçün klinik qiymətləndirmə.

Nümunə

İştirakçılar: Fitzpatrik şkalası üzrə II-V növ dəriyə malik, baldırlarının xarici hissəsində quru/çox quru dərinin klinik təzahürləri müşahidə edilmiş 30 sağlam qadın. Sınaq nahiyəsi: sınaq məhsulları bütün iştirakçıların baldırlarının xarici nahiyəsinə tətbiq edilmişdir. İştirakçıların yaşı: 25-65.

Metodologiya

Müxtəlif bədən üzvlərində aparılan, verilənlərin qiymətləndiriciyə məlum olmadığı, randomizə edilmiş və nəzarət edilən klinik-instrumental tədqiqat. İştirakçılar dərinin qurumasına səbəb olmaq üçün 7 gün ayaqlarını sabunla yumuşlar. İlkin klinik və instrumental qiymətləndirmələr aparılmışdır. Bio‑Oil® Bədən losyonu təyin olunmuş baldırın yan hissəsinə 28 gün ərzində gündə iki dəfə tətbiq olunmuş, digər ayaq isə müalicə olunmamışdır. 1, 3, 6, 8, 10, 14, 21 və 28-ci günlərdə klinik və instrumental qiymətləndirmələr aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün ölçmə vaxtlarında qiymətləndirilmişdir. İştirakçılar təlim keçmiş vizual qiymətləndirici tərəfindən quruluğa görə klinik olaraq (0-5 ballıq şkala üzrə) dərəcələndirilmişdir. Dəri nəmlənməsinin kəmiyyətcə ölçülməsi korneometr cihazı ilə aparılmışdır. Baryer funksiyasının göstəricisi olaraq transepidermal su itkisinin kəmiyyətcə ölçülməsi (TESİ) tevametr cihazı ilə aparılmışdır. Bundan əlavə, 8-ci və 14-cü günlərdə özünüqiymətləndirmə anketi doldurulmuşdur.

Nəticə

Müalicə edilməmiş sahə ilə müqayisədə Bio‑Oil® Bədən losyonu ilə müalicə artıq 1-ci gündən etibarən və bütün ölçmə vaxtlarında quruluğun klinik dərəcələndirilməsində, tevametr və korneometr ölçmələrində statistik baxımdan əhəmiyyətli yaxşılaşma ilə nəticələnmişdir. Quruluğun klinik dərəcələndirilməsində 14-cü gündən etibarən iştirakçıların 96,7%-də statistik əhəmiyyətli irəliləyiş, 1-ci gündə qeydə alınandan demək olar ki, ikiqat çox yaxşılaşma müşahidə edilmişdir. 28 günlük istifadədən sonra iştirakçıların 100%-nin dəri nəmliyində ciddi artım müşahidə edilmiş, yaxşılaşma səviyyəsi 1-ci gündəki göstəricidən təxminən 4 dəfə yüksək olmuşdur. Eyni zamanda, 28 günlük istifadədən sonra iştirakçıların 100%-də TESİ-nin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunmuş, yaxşılaşma səviyyəsi 1-ci gün ilə müqayisədə 2 dəfədən çox artmışdır. Bu nəticələr özünüqiymətləndirmə anketinin nəticələri ilə də dəstəklənir.

QURU DƏRİ ÜZRƏ İSTİFADƏÇİ SINAĞI

Sınaq mərkəzi

Ayton Global Research, Birləşmiş Krallıq.

Məqsəd

Bio‑Oil® Bədən losyonunun bədən nəmləndiricisi kimi effektivliyini qiymətləndirmək.

Nümunə

İştirakçılar: 117 sağlam qadın iştirakçı. İştirakçıların yaşı: 18-65.

Metodologiya

2 həftəlik, bir dəfə keçirilən, ev şəraitində istifadəçi sınağı. İştirakçılara məhsulu hər gün iki dəfə, səhər və axşam tətbiq etmək tapşırılmışdır. Tam sorulana qədər dəriyə masaj edilərək tətbiq edilmişdir. Üç qısa anket doldurulmuşdur: birincisi ilkin tətbiqdən sonra, ikincisi 12 saat sonra, üçüncüsü isə məhsulu 2 həftə istifadə etdikdən sonra.

Nəticə

Tətbiq: İştirakçıların 95%-i “məhsulun əvvəllər istifadə etdikləri hər hansı nəmləndiricidən daha yüngül olduğu” fikri ilə razılaşıb. İştirakçıların 93%-i “məhsulun əvvəllər istifadə etdikləri hər hansı nəmləndiricidən daha asan yayıldığı” fikri ilə razılaşıb. Absorbsiya (Sorulma): İştirakçıların 82%-i “məhsulun əvvəllər istifadə etdikləri hər hansı nəmləndiricidən daha asan sorulduğu” fikri ilə razılaşıb. İştirakçıların 75%-i “məhsulun əvvəllər istifadə etdikləri hər hansı nəmləndiricidən daha tez sorulduğu” fikri ilə razılaşıb. İştirakçıların 74%-i “məhsulun tətbiqindən sonra yağlı iz qalmadığı” fikri ilə razılaşıb. İştirakçıların 86%-i “məhsulu tətbiq etdikdən sonra dərhal geyinə bildikləri” fikri ilə razılaşıb. Nəmlənmə: İştirakçıların 93%-i “məhsulun dəridə dərhal nəmlik hissi yaratdığı” fikri ilə razılaşıb. İştirakçıların 92%-i “məhsulu tətbiq etdikdən sonra dərilərinin hamar və ipək kimi olduğunu hiss etdikləri” fikri ilə razılaşıb. İştirakçıların 90%-i “dərilərinin gün ərzində nəmli qaldığını hiss etdiklərini”, 91%-i isə “dərilərinin gün ərzində hamar və ipək kimi hiss etdiklərini” bildirib. İştirakçıların 92%-i “dərilərinin 2 həftə əvvəlkindən daha yaxşı göründüyü” fikri ilə razılaşıb. Ümumilikdə: İştirakçıların 73%-i “məhsulun əvvəllər istifadə etdikləri hər hansı nəmləndiricidən daha yaxşı olduğu” fikri ilə razılaşıb.

HƏSSAS DƏRİ TESTİ

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Bədən losyonunun dəri qıcıqlanmasına səbəb olma potensialını qiymətləndirmək.

Nümunə

İştirakçılar: 25 iştirakçı; 22 qadın və 3 kişi, hamısı laktik turşu (süd turşusu) testinə əsasən həssas dəriyə malikdir. İştirakçıların yaşı: 18-70.

Metodologiya

Nəzarətli tədqiqat. İki sahə qiymətləndirilib: mənfi nəzarətin tətbiq edildiyi sahə (demineralizə olunmuş su) və Bio‑Oil® Bədən losyonunun tətbiq edildiyi sahə. Test məhsulları Finn Chamber® (Finn Kamerası) vasitəsilə iştirakçıların bel nahiyəsinə dəri səthi ilə təmas edəcək şəkildə 48 saat ərzində tətbiq edilmişdir. Dəri reaksiyaları patç çıxarıldıqdan 15 dəqiqə, 1 saat və 24 saat sonra əsas dəri qıcıqlanmasını qiymətləndirmək üçün dermatoloqun nəzarəti altında qiymətləndirilmişdir. Dəri reaksiyaları 0-4 ballıq şkala ilə qiymətləndirilmişdir (burada 0 eritema, şiş və ya digər dəri qıcıqlanması növlərinin olmadığını, 4 isə ciddi eritema və şiş olduğunu göstərir, bu da tünd qırmızı görünüş və tətbiq sahəsindən kənara yayılmış geniş şiş əlamətlərinin göstəricisidir).

Nəticə

Dərinin Bio‑Oil® Bədən losyonuna qarşı dözümlülüyü “qıcıqlanma yaratmayan” olaraq qiymətləndirilmişdir.

QEYRİ-KOMEDOGENLİK TESTİ

Sınaq mərkəzi

Complife Italia S.r.l, Italiya.

Məqsəd

Bio‑Oil® Bədən losyonunun komedogen potensialını qiymətləndirmək.

Nümunə

İştirakçılar: 20 iştirakçı; Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə və sızanağa meyilli dəriyə malik 14 qadın və 6 kişi. İştirakçıların yaşı: 18-65.

Metodologiya

Nəzarətli tədqiqat. Məhsul filtr kağızı diskindən istifadə edərək iştirakçıların üst arxa nahiyəsinə tətbiq edilmişdir. Patçlar 48-72 saat ərzində nahiyədə saxlanılmış, çıxarılmış və yenidən tətbiq edilmişdir. 4 ardıcıl həftə ərzində ümumilikdə 12 patç tətbiq edilmişdir. Üç sahə mənfi nəzarət (demineralizə olunmuş su), test məhsulu (Bio‑Oil® Bədən losyonu) və müsbət nəzarət (lanolin spirti - məlum komedogen məhsul) müqayisə edilərək qiymətləndirilmişdir. Hər dəfə məhsulun tətbiqindən əvvəl və sonra komedonların mövcudluğunu müqayisə etmək üçün dəri reaksiyaları hər bir patçın çıxarılmasından 15 dəqiqə sonra dermatoloq nəzarəti altında klinik olaraq qiymətləndirilmişdir.

Nəticə

Bio‑Oil® Bədən losyonunun komedogen olmadığı müəyyən edilmişdir. Bio‑Oil® Bədən losyonunun tətbiq edildiyi sahə mənfi nəzarət sahəsi ilə heç bir əhəmiyyətli fərq göstərməmişdir. Müsbət nəzarət akne yaranmasına səbəb olmuşdur.

ÖZLÜLÜK TƏDQİQATI

Sınaq mərkəzi

Union Swiss, Cənubi Afrika.

Məqsəd

Bio‑Oil® Bədən losyonunun dinamik özlülüyünü bənzər nəmləndirici məhsullarla müqayisə etmək üçün daxili tədqiqat.

Nümunə

Bio‑Oil® Bədən losyonunun nəmləndirmə sahəsində köklü tarixə malik 10 qlobal marka tərəfindən istehsal edilmiş 13 nəmləndirici məhsul ilə müqayisəsi.

Metodologiya

Dinamik özlülük Anton Paar RheoLab QC reometr cihazı ilə şpindel CC 39-dan istifadə edilməklə ölçülmüşdür, sürət: 20˚C-də 200 dövr/dəq., yerdəyişmə sürəti: 155.

Nəticə

Bio‑Oil® Bədən losyonunun rəqib məhsulların dinamik özlülüyündən orta hesabla 7,5 dəfə aşağı olduğu (müvafiq olaraq 94 mPa.s və 707 mPa.s) aşkar edilmişdir, bu da onun daha incə, daha yüngül bir maye olduğunu və daha asanlıqla və tez sorulduğunu göstərir.

TƏTBİQİ

Necə tətbiq etməli

Bio‑Oil® Bədən losyonu tamamilə sorulana qədər bədənə dairəvi masaj hərkətlərilə hopdurulmalıdır. Bio‑Oil® Bədən losyonunun gündə iki dəfə, səhər və axşam tətbiq edilməsi tövsiyə olunur. Bio‑Oil® Bədən losyonu açıq yaraya və ya çatlamış dəriyə tətbiq edilməməlidir. Yalnız yerli kosmetik tətbiq üçün nəzərdə tutulmuşdur. Gözlərlə təmasa yol verməyin. Məhsul gözə düşərsə, su ilə yaxşıca yuyun. Uşaqların əli çatmayan yerdə saxlayın.

İstifadədən əvvəl çalxalayın

Bio‑Oil® Bədən losyonu su və yağın çox yüngül şəkildə bir-birinə bağlandığı emulsiyadır. Bu bağlılıq o qədər yüngüldür ki, sərbəst qaldıqda yağların bir hissəsi məhsulun səthinə qalxaraq nazik təbəqə əmələ gətirir. İstifadədən əvvəl məhsulu yüngülcə silkələsəniz, yağ təbəqəsi yenidən losyonun içinə dağılır. Təbəqənin formalaşması üç gündən üç həftəyə qədər davam edə bilər və temperatur, şüşənin nə qədər güclü və tez-tez silkələndiyi kimi amillərdən asılıdır. Məhsulu hər gün istifadə etmək, tətbiq edərkən şüşəni aşağıya çevirmək belə bu yağ təbəqəsinin əmələ gəlməməsini təmin etmək üçün kifayətdir. Əgər yağ qatı formalaşıbsa və məhsul silkələnmədən tətbiq edilibsə, şüşədən şəffaf yağ qarışığı axa bilər. Bu, istehlakçı təhlükəsizliyi üçün risk deyil.

İstifadə müddəti

Bio‑Oil® Bədən losyonunun klinik sınağı dörd həftə ərzində keçirilmiş, bu da məhsulun effektivliyinin zamanla qiymətləndirilməsinə imkan vermişdir. Statistik təhlil dərinin görünüşünün cəmi 24 saat sonra əhəmiyyətli dərəcədə yaxşılaşdığını və bu yaxşılaşmanın sınaq müddəti boyunca davam etdiyini göstərir. Bununla belə, Bio‑Oil® Bədən losyonu nəmləndirici və dəri qidalandırıcı xüsusiyyətlərə malik olduğu üçün davamlı olaraq istifadə edilə, beləliklə də günlük dəri qulluq rejiminin bir hissəsinə çevrilə bilər.

Gündəlik dəriyə qulluq rejimi ilə birlikdə istifadəsi

Maksimum sorulma üçün Bio‑Oil® Bədən losyonu təmizlənmiş dəriyə tətbiq edilməlidir. Günəşdən qoruyucu losyon və ya başqa krem istifadə edirsinizsə, bunu yalnız Bio‑Oil® Bədən losyonu tamamilə dəriyə hopduqdan sonra edin. Bütün bədənə tətbiq etmək üçün, Bio‑Oil® Bədən losyonunu duş və ya vanna qəbul etdikdən sonra tətbiq edin.

Hamiləlik zamanı istifadəsi

Bio‑Oil® Bədən losyonunun hamiləlik zamanı istifadəsi təhlükəsizdir.

Vitamin A və hamiləlik

Qadınlara adətən hamiləlik dövründə A vitaminli qida əlavələrini məhdudlaşdırmaq tövsiyə olunur və buna görə də tərkibində A vitamini olan dəri məhsullarını istifadə etməklə bağlı narahatlıqları ola bilər. Dəriyə tətbiq edilən hər hansı maddə yalnız toksikoloji həddi aşan səviyyələrdə zərərlidir. Dəri maddələrin daxilə nüfuz etməsinə qarşı əhəmiyyətli baryer formalaşdırdığına görə yerli olaraq tətbiq edilən A vitamininin yalnız bir hissəsi bədənə daxil olur. Avropa Komissiyasının İstehlakçı Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS) A vitamini və onun efirlərinin kosmetik komponentlər qismində istifadə edilməsini qiymətləndirmişdir. SCCS-nin rəyinə görə, bədən losyonlarında A vitamininin maksimum 0,05%-ə qədər retinol ekvivalenti konsentrasiyası ilə istifadəsi təhlükəsizdir. Bio‑Oil® Bədən losyonunun tərkibindəki A vitamininin miqdarı bədən losyonu üçün icazə verilən maksimum konsentrasiyadan xeyli aşağıdır və hamiləlik dövrü boyunca təhlükəsiz şəkildə istifadə edilə bilər.

Laktasiya dövründə istifadəsi

Bio‑Oil® Bədən losyonunun ana südü ilə qidalandırma zamanı bədəndə istifadəsi təhlükəsizdir, lakin məmə uclarına tətbiq edilməməsi tövsiyə olunur. Heç bir zərərli təsir ehtimalı olmasa da, körpələr çox həssasdırlar və Bio‑Oil® Bədən losyonunu çox kiçik miqdarda belə udmamalıdırlar.

Körpə və uşaqlarda istifadəsi

Bio‑Oil® Bədən losyonunun üç yaşdan kiçik uşaqlar üzərində istifadəsinin təhlükəsizliyi qiymətləndirilməmişdir. Doğumdan sonrakı bir neçə il ərzində insan orqanizmində immun sistemin inkişafı da daxil olmaqla, bir çox dəyişikliklər baş verir. Buna görə də, yalnız üç yaşı tamam olmuş və daha böyük uşaqlar üzərində istifadəsi tövsiyə olunur.

Günəşdə istifadəsi

Bio‑Oil® Bədən losyonu üzərində aparılan sınaqlar məhsulun günəş yanığını gücləndirmədiyini və ya dərinləşdirmədiyini göstərir. Beləliklə, məhsulu günəşdə təhlükəsiz şəkildə istifadə etmək mümkündür, lakin günəşin ultrabənövşəyi A (UŞ-A) və B (UŞ-B) şüalarının zərərli təsirlərinə qarşı heç bir qoruma təmin etmədiyi üçün məhsulu günəş qoruma faktoru (SPF) ən azı 30 olan geniş spektrli günəş kremi ilə birlikdə istifadə etmək vacibdir.

Selikli qişa üzərində və ya yaxınlığında istifadə

Bio‑Oil® Bədən losyonu hər cür istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir, lakin onun selikli qişa ilə təmasının təhlükəsizliyi sınaqdan keçirilməmişdir, belə ki, bu, məhsulun ağlabatan surətdə nəzərdə tutulmuş istifadə üsulu deyil.

Radioterapiya və ya kimyaterapiya ilə birlikdə istifadəsi

Bio‑Oil® Bədən losyonu kosmetik məhsuldur. Radio və ya kimyaterapiya alan insanlara məhsulu istifadə etməzdən əvvəl həkim məsləhəti almaq məsləhət görülür.

Farmokoloji məhsullarla birlikdə istifadəsi

Bio‑Oil® Bədən losyonu kosmetik məhsuldur. Məhsulun farmokoloji məhsullar ilə eyni vaxtda istifadəsi ilə bağlı məsləhət almaq üçün həkimə müraciət etmək daha yaxşıdır.

Həssas dəri üzərində istifadəsi

Bio‑Oil® Bədən losyonu həssas dəriyə tətbiq edilə bilər. Həssas dərisi olan 18-70 yaş arası 25 iştirakçı üzərində aparılan dərinin qıcıqlanması ilə bağlı tədqiqatda heç bir iştirakçıda formulaya qarşı hər hansı mənfi reaksiya müşahidə olunmayıb.

Yağlı dəri üzərində istifadəsi

Bio‑Oil® Bədən losyonu yağlı dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Bədən losyonunun komedogen olmadığı aşkar edilmişdir.

Akneyə meyilli dəri üzərində istifadəsi

Bio‑Oil® Bədən losyonu sızanağa meyilli dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Bədən losyonunun komedogen olmadığı aşkar edilmişdir. Sızanaq problemləri olan insanların Bio‑Oil® Bədən losyonu istifadə etmədən əvvəl tibbi mütəxəssisə müraciət etmələri məsləhət görülür.

QURU DƏRİNİN SİMPTOMLARI VƏ SƏBƏBLƏRİ

Simptomlar

Quru dərinin simptomlarına solğun və qabıqlanan dəri, yüngül qırışlar, boz və ya kül rəngli dəri, eləcə də sərtlik və gərginlik hissi daxildir.

Səbəblər

Quru dəri həm xarici, həm də daxili amillərin təsiri ilə yaranır. Xarici amillər: Quru iqlim nəmi dərinin daxilindən çəkərək ikiqat lipid təbəqəsindən kənara, quru xarici mühitə çıxarır. Kondisionerlər və istilik sistemləri havadan nəmi çəkərək süni quru iqlim yaradır ki, bu da dəridən nəmin çəkilməsinə səbəb olur. Hər gün yuyunma və sərt yuyucu vasitələrə məruz qalma dərinin ikiqat lipid təbəqəsinin soyulmasına səbəb olur, bu da nəmin dəridən çıxmasını asanlaşdırır. Daxili amillər: Orqanizm yaşlandıqca dəri daha az lipid istehsal edir, bu da ikiqat lipid təbəqəsinin incəlməsinə səbəb olur və nəmin daha asan çıxmasına imkan verir. Genetika ikiqat lipid təbəqəsində seramid səviyyələrinin təbii olaraq azalması səbəbindən quru dərinin yaranmasında rol oynaya bilər. Bu, dəri baryerinin okklüzivliyinin azalması ilə nəticələnir və normaldan yuxarı səviyyədə nəm itkisinə səbəb olur. Dərinin pH səviyyəsi baryer funksiyasına təsir edir. Dəridə yüksək pH səviyyəsi ikiqat lipid təbəqəsinin sağlam fəaliyyətini pozur.

TƏHLÜKƏSİZLİK QİYMƏTLƏNDİRMƏSİ

Bio‑Oil® Bədən losyonu ixtisaslaşmış toksikoloq tərəfindən təhlükəsizlik qiymətləndirməsindən keçmiş və böyüklər, o cümlədən hamilə və laktasiya dövründə olan qadınlar və üç yaşdan yuxarı uşaqlar tərəfindən təyinatı üzrə istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir.

MƏNFI REAKSİYALAR

Bio‑Oil® Bədən losyonu təhlükəsiz toksikoloji profilə malik olmasına və bununla bağlı beynəlxalq qaydaların tələblərinə cavab verməsinə baxmayaraq, bütün kosmetik məhsullar kimi, Bio‑Oil® Bədən losyonu istifadəcilərinin də məhsuldan istifadə edərkən mənfi reaksiyalarla qarşılaşmaq riski mövcuddur. Mənfi reaksiya halında məhsulun istifadəsi dərhal dayandırılmalıdır. Mənfi dəri reaksiyası simptomlarına adətən məhsulun tətbiq olunduğu sahədə yaranan səpgilər, şişkinlik və iltihab daxil ola bilər. Bu reaksiyalar qaşınma və yüngül narahatlıq ilə müşayiət oluna bilər. Əksər hallarda, mənfi reaksiyalar məhsulun istifadəsi dayandırıldıqdan sonra iki-üç gün ərzində aradan qalxır. Reaksiya azaldıqca, dəri ilkin vəziyyətinə qayıdana qədər quru və qabıqlı görünə bilər. Bio‑Oil® Bədən losyonunun tətbiqi zamanı potensial allergik reaksiya ilə bağlı hər hansı bir narahatlıq varsa, bunu yoxlamaq üçün sadə allergiya testi keçirmək məsləhət görülür. Bunun üçün az miqdarda Bio‑Oil® Bədən losyonunu qolun daxili hissəsinə tətbiq etmək və hər hansı bir reaksiya olub-olmadığını yoxlamaq üçün 24 saat gözləmək lazımdır. Dərinin nəzərəçarpacaq dərəcədə qızarması (qızartı) və ya yüngül şişməsi (şiş) allergik reaksiya potensialını göstərə bilər.

TƏSADÜFİ UDULMA

Bio‑Oil® Bədən losyonu təsadüfən udularsa, toksik olmadığı üçün ürəkbulanma və ishal hisslərindən başqa hər hansı mənfi təsirin baş verməsi ehtimalı azdır. Lakin xüsusilə körpə və ya uşaq tərəfindən təsadüfən udularsa, həkimə müraciət etmək tövsiyə olunur.

AÇILDIQDAN SONRA İSTİFADƏ MÜDDƏTİ (PAO)

Bio‑Oil® Bədən losyonunun açıldıqdan sonrakı istifadə müddəti 12 aydır. Bu, məhsulun açıldıqdan sonra təhlükəsiz olduğu və istehlakçıya heç bir zərər vermədən istifadə edilə biləcəyi müddətdir.

İSTEHSAL

Bio‑Oil® Bədən losyonunun istehsalı kosmetik məhsullar üçün ISO 22716:2007 Qabaqcıl İstehsal Təcrübəsi (GMP) tələblərinə uyğundur. Bio‑Oil® Bədən losyonunun istehsalında istifadə edilən bütün xam maddələr üçün Analiz Sertifikatı (COA) və bütün qablaşdırma materialları üçün Uyğunluq Sertifikatı (COC) təmin olunur. Keyfiyyətə nəzarət testlərindən keçənə qədər heç bir xam maddə və ya qablaşdırma materialı istehsala buraxılmır. Hər bir qarışdırılmış Bio‑Oil® Bədən losyonu partiyası üçün unikal partiya nömrəsi təyin edilir. Partiyadan götürülmüş nümunə laboratoriya tərəfindən xarici görünüş, qoxu, spektrofotometrik identifikasiya, sıxlıq, özlülük və mikrobioloji parametrlər üzrə test edilir. Nümunə dörd il saxlanılır. Bio‑Oil® Bədən losyonunun doldurulması və qablaşdırılması temperatur və rütubətə nəzarət edilən müəssisədə həyata keçirilir. Tozla çirklənmənin qarşısını almaq üçün hava yüksək effektivliyə malik hissəcikli hava (HEPA) filtrasiya sistemindən keçir. İstehsal xətlərində işləyən işçilər baş örtüyu, üz maskası, üz qoruyucusu, əlcək, palto və ayaqqabı örtüyü geyinir. Gözlənilməz qüsurlara qarşı ehtiyat tədbiri kimi istehsal xəttindən müəyyən aralıqlarla nümunələr götürülür və Keyfiyyətə Nəzarət şöbəsi tərəfindən yoxlanılır. Partiya nömrəsi şüşə, karton qutu və qablaşdırma üzərində çap olunur və hər bir istehsal edilmiş partiyadan götürülmüş saxlama nümunəsi dörd il müddətində saxlanılır.

SAXLAMA TƏLİMATLARI

Bio‑Oil® Bədən losyonu birbaşa günəş işığından uzaq, sərin yerdə saxlanılmalıdır.

TƏKRAR EMAL

Bütün Bio‑Oil® Bədən losyonunun qablaşdırma materialları (şüşə, qapaq və karton) təkrar emala yararlıdır.

SERTİFİKATLAR

Bio‑Oil® Bədən losyonu halal və koşer sertifikatlarına malikdir.

HEYVANLAR ÜZƏRİNDƏ SINAQDAN KEÇİRİLMƏYİB

Bio‑Oil® Bədən losyonu və onun tərkibinə daxil olan xammallar kosmetik məqsədlərlə heyvanlar üzərində sınaqların aparılmasına dair Aİ reqlamentlərinə uyğun istehsal edilir. Bio‑Oil® Bədən losyonu və onun tərkibinə daxil olan inqrediyentlər nə Bio‑Oil, nə də onun xammal təchizatçıları tərəfindən heyvanlar üzərində sınaqdan keçirilməmişdir.

VEQAN

Bio‑Oil® Bədən losyonunun tərkibində heç bir heyvan mənşəli inqrediyent yoxdur.

GÖRÜNÜŞDƏ DƏYİŞİKLİK

Bio‑Oil® Bədən losyonunun tərkibində işığa həssas olan kalendula ekstraktı və efir yağları, həmçinin A vitamini palmitatı var. Günəş işığına məruz qalma zaman keçdikcə rəng dəyişikliyinə səbəb ola bilər. Bio‑Oil® Bədən losyonu birbaşa günəş işığından uzaqda saxlanılmalıdır.

QABLAŞDIRMA

Məhsulun şəkli: Bio‑Oil Bədən losyonu