Məqsəd
Bu Məxfilik siyasətinin məqsədi veb-saytımıza daxil olduğunuz zaman bio-oil.com (bundan sonra “biz”, “bizim, “bizə” və ya “bizi” adlandırılacaq) tərəfindən fərdi məlumatlarınızın necə toplandığını, istifadə edildiyini, paylaşıldığını və ya başqa üsulla necə emal edildiyini izah etməkdir. Məxfiliyinizi və şəxsi məlumatlarınızı qorumaq üçün öhdəlik daşıyırıq.
Topladığımız məlumatlar
Bağlantı seansınızın müəyyən edilməsi üçün kukilərdən istifadə edilsə də, sayta anonim şəkildə daxil ola bilərsiniz. Bu kukilər və bənzər izləmə texnologiyaları yalnız kimliyinizi müəyyən etməyə imkan verməyən məlumatları toplayır və emal edir. Kimliyi müəyyən etməyə imkan verən məlumatları (ad, soyad, poçt ünvanı kimi) əlaqə forması vasitəsilə könüllü olaraq sorğu göndərdiyiniz zaman yalnız sorğunuza cavab vermək məqsədilə toplayırıq.
Məlumatlarınızdan necə istifadə edirik
Topladığımız məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edirik:
- Veb-saytın nəzərdə tutulduğu kimi işləməsi.
- Veb-saytın funksionallığını təkmilləşdirmək və brauzerdən rahat istifadə təcrübəsi üçün seçimlərinizi yadda saxlamaq.
- Saytda aktivliyi təhlil etmək və analitika üçün göstəricilər toplamaq.
- Əlaqə sorğularını cavablandırmaq.
- Hüquqi öhdəliklərə əməl etmək.
Məlumatlarınızın emalı üçün hüquqi əsas
Fərdi məlumatlarınızın emalı üçün hüquqi əsas aşağıdakıları əhatə edir:
Razılıq
Kukiləri qəbul edərkən və ya əlaqə forması göndərərkən razılıq verirsiniz.
Qanuni maraq
İstifadəçilər üçün veb-saytımızdan rahat istifadə təcrübəsi təklif etmək, sorğunuzun (əgər varsa) baxılması üçün sizi seçdiyiniz ölkə və ya bölgədəki səlahiyyətli Bio‑Oil distribyutoru ilə əlaqələndirmək qanuni maraqlarımıza daxildir.
Qanunvericiliyin tələblərinə riayət etmək
Zəruri olduqda, normativ-hüquqi aktların tələblərinin yerinə yetirilməsi məqsədilə fərdi məlumatlarınızı emal edirik.
Kukilərdən necə istifadə edirik
Kukilər istifadəçilərə effektiv naviqasiya məqsədilə və müəyyən funksiyaların yerinə yetirilməsinə yardım üçün veb-sayt tərəfindən kompüterinizdə yerləşdirilən kiçik mətn fayllarıdır. Veb-saytın düzgün işləməsi üçün qəti surətdə zəruri olan kukilərin sizin icazəniz olmadan qurulmasına icazə verilir. Bütün başqa kukilər brauzerdə qurulmadan əvvəl təsdiq edilməlidir. Verdiyiniz razılığı istənilən vaxt geri götürə və ya dəyişdirə bilərsiniz.
Əsas kukilər
Əsas (və ya qəti surətdə zəruri olan) kukilər məlumatların qorunması kimi əsas veb-sayt funksionallığını təmin edir. Bu kukilər olmadıqda, veb-sayt lazımi qaydada istifadə edilə bilməz.
Qeyri-vacib kukilər
İstifadə etdiyimiz qeyri-vacib kukilər performans kukiləri kimi təsnif edilirlər. Analitika kukiləri də adlandırılan performans kukiləri veb-saytın performansı və istifadəçilərin ondan necə istifadə etdikləri haqqında məlumatlar toplayır. Onlar kimliyi müəyyən etməyə imkan verən məlumatları toplamırlar.
Kukilərin istifadəsinə razılığın verilməsi
Veb-saytımıza ilk dəfə daxil olan zaman kukiləri qəbul etməyi və ya rədd etməyi təklif edən kuki banneri görəcəksiniz. İstənilən vaxt bu keçid üzərinə klikləməklə və ya brauzer parametrlərinizi tənzimləməklə razılığınızı geri götürə və ya dəyişdirə bilərsiniz.
Kukiləri necə idarə etməli
İnternet brauzerinizi hər dəfə kuki göndərilən zaman sizə xəbərdarlıq edəcək və ya kukiləri tam rədd edəcək şəkildə konfiqurasiya edə bilərsiniz.
Kukilərin cihazınızdan silinməsi
Brauzerinizin tarixçəsini təmizləməklə artıq cihazınızda olan kukiləri silə bilərsiniz. Bununla baxdığınız bütün veb-saytlara aid bütün kukilər silinəcək. Lakin nəzərə alın ki, yaddaşda saxlanan bəzi məlumatları da (məsələn, sayt seçimləri) itirə bilərsiniz.
Sayta məxsus kukilərin idarə edilməsi
Sayta məxsus kukilərə nəzarət haqqında ətraflı məlumat üçün brauzerinizdə məxfilik və kuki parametrlərini nəzərdən keçirin.
Kukilərin bloklanması
Müasir brauzerləri cihazınıza hər hansı kukinin yerləşdirilməsinin qarşısını alacaq şəkildə qura bilərsiniz, lakin bu halda hər dəfə sayt və ya səhifəyə daxil olduqda, bəzi seçimləri əllə tənzimləməli olacaqsınız və bəzi xidmətlər və funksiyalar lazımınca və ya ümumiyyətlə işləməyə bilər.
Məlumatların saxlanması
Fərdi məlumatlarınızı yalnız bu siyasətdə təsvir edilən məqsədlər üçün zəruri olduğu qədər və ya qanunla tələb olunan müddətdə saxlayacağıq. Əlaqə formasının göndərilməsi ilə bağlı qeydləri saxlayırıq, lakin, 30 gün sonra ad, soyad və e-poçt ünvanı sahələrindəki məlumatlar silinir.
Hüquqlarınız
Yaşadığınız yurisdiksiyadan asılı olaraq (qanunla icazə verilən istisnalar nəzərə alınmaqla) aşağıdakı hüquqlara maliksiniz:
- Sizin haqqınızda saxladığımız məlumatlara çıxış tələb etmək.
- Fərdi məlumatlarınıza düzəliş etmək və ya onları yeniləmək.
- Məlumatlarınızın silinməsini tələb etmək (“unudulmaq hüququ”).
- Məlumatlarınızın emal edilməsinə etiraz etmək və ya məlumatların emalını məhdudlaşdırmaq.
- Məlumatlarınızın başqa xidmət təminatçısına ötürülməsini tələb etmək (məlumatların daşına bilməsi hüququ).
- İstənilən vaxt razılığınızı geri götürmək.
- Ölkənizdəki məlumatların qorunması üzrə səlahiyyətli nəzarət orqanına şikayət etmək.
Hüquqlarınızın həyata keçirilməsi
Hüquqlarınızı həyata keçirmək üçün bio-oil@unionswiss.com ilə əlaqə saxlayın. Məlumatlarınız distribyutora yönləndirildiyi hallarda hüquqlarınızın həyata keçirilməsi məqsədilə onlarla əlaqə saxlamaqda sizə yardım edə bilərik.
Məlumatların təhlükəsizliyi
Fərdi məlumatlarınızı icazəsiz giriş və yanlış istifadədən qorumaq üçün şifrləmə, təhlükəsiz serverlər, girişə nəzarət elementləri daxil olmaqla, müvafiq texniki və təşkilati tədbirləri yerinə yetiririk.
Beynəlxalq məlumat ötürmələri
Məlumatlar Avropa İqtisadi Bölgəsi xaricinə ötürüldükdə, məlumatlarınızın qorunması üçün müvafiq tədbirləri təmin edirik. Nəzərə alın ki, Aİ ölkələrindən olan, əlaqə forması vasitəsilə sorğu göndərən istifadəçilərin fərdi məlumatları seçdikləri ölkə və ya bölgə üzrə səlahiyyətli Bio‑Oil distribütoruna, bu, mümkün olmadıqda isə, bizə ötürüləcək.
Bu siyasətə dəyişikliklərin edilməsi
Bu Məxfilik siyasətini vaxtaşırı yeniləyə bilərik. Dəyişikliklər yenilənmə tarixi göstərilməklə bu səhifədə dərc ediləcək.
Əlaqə məlumatları
Bu Məxfilik siyasəti haqqında suallarınız varsa və ya hüquqlarınızı həyata keçirmək istəyirsinizsə, bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlayın:
Union-Swiss (Pty) Ltd
Bio‑Oil Data Privacy
9th Floor Park on Long
66 Long Street
Cape Town
8001
South Africa
Tel.: +27 21 424 4230
E-poçt: bio-oil@unionswiss.com
(GDPR reqlamentinə uyğun olaraq, emal etdiyimiz fərdi məlumatlar üzrə məlumat nəzarətçisi kimi çıxış edirik)
Son yenilənmə
Bu Məxfilik siyasəti sonuncu dəfə 2025-ci ilin yanvar ayında yenilənib.